Lexus International Lexus Dizayn Mükafatı 2017 müsabiqəsinin 12 finalistinin adlarını açıqlamışdır. Lexus ilk dəfə 2013-cü ildə daha yaxşı gələcəyə stimul vermək üçün yaradılmış, bütün dünyada bu günün və gələcəyin dizaynerlərini və yaradıcılarını dəstəkləyən bu beynəlxalq dizayn müsabiqəsinin 5-ci ildönümünü qeyd edir. Lexus Dizayn Mükafatı 2017 “Yet“ (Eyni zamanda) devizi altında 63 ölkədən 1,152 müraciət arasında seçim edib.
Lexus yeniliyinin fəlsəfi ruhu olan “YET” (EYNİ ZAMANDA) Lexus tədbirinin 5-ci ildönümü üçün son dərəcədə uyğundur. İlk baxışdan bir-birinə zidd olan hədəfləri - məsələn, geniş, eyni zamanda aerodinamik dizaynı - bir araya gətirərək “Yet” (Eyni zamanda) bizi sinerji effektlərini aşkarlamağa ilhamlandırır. Bir-birinə zidd olan elementlər arasında harmoniya yaradan “Yet” (Eyni zamanda), dünyaya valehedici yeniliklər gətirmək üçün qabaqcıl dizayn və texnologiyanın təxəyyülü sərhədlərini açır.
2016-cı ilin noyabr ayında dünyaca məşhur dizayner və yaradıcı məsləhətçilərdən ibarət qrup müraciətləri qiymətləndirmək üçün bir araya toplanıb. Dəqiq qiymətləndirmə və geniş müzakirələrdən sonra münsiflər 12 finalist seçib.
Həmin 12 finalistdən aşağıda adları sadalanan dörd nəfər dünya miqyasında tanınan yaradıcıların mentorluğu altında dizaynlarının prototipini hazırlamaq üçün seçilib.