LEXUS DİZAYN MÜKAFATI
"BELL TOWER" “AÇIQ MƏNBƏ İCMALARI” LDA 2020-DƏ QAL
"Lexus International" Kenyadan "Bell Tower" komandasını Lexus dizayn mükafatı 2020-nin qran-pri qalibi elan edib. "Bell Tower"in “Açıq mənbə icmaları” adlı layihəsi 79 ölkədən təqdim edilmiş cəmi 2042 layihə arasından ən çox arzulanan mükafatın qalibi olaraq seçilib. 8-ci dəfə verillən bu mükafatın qalibi olmaq üçün əsas meyarlar Lexus markasının üç əsas prinsiplərinə əsaslanıb: Daha yaxşı gələcək üçün gələcəyi təxmin et, yenilik tətbiq et və insanları heyran et.
Qalib elan edilmiş “Açıq mənbə icmaları” layihəsi dayanıqlı təmiz su mənbələrinə malik münasib icmalar yaratmaq üçün açıq mənbə planlaşdırmasından istifadə edərək inkişaf etməkdə olan ölkələrdə tez-tez rast gəlinən çətinliklərin aradan qaldırılmasına əsaslanır. Mükafatı qəbul edən Con Brayn Kamau bildirib: “"BellTower" komandasında iştirak etmək, 6 finalçıdan biri olmaq və Lexus dizayn mükafatı 2020-nin qran-pri mükafatının qalibi olmaq bizim üçün qürurverici oldu. Bu yola başlayarkən bir çox çətinliklə üzləşdik. Buna baxmayaraq, biz öz ümid vəd edən konsepsiyamızı nümayiş etdirməkdə qətiyyətli idik. Bu yolda son dərəcə qiymətli və ömür boyu unutmayacağımız təcrübə qazandıq. Bütün gələcək layihələrimiz Lexus ailəsində öyrəndiyimiz əsas prinsiplərə əsaslanacaqdır.”
Builki unikal vəziyyəti nəzərə alaraq, Lexus yenilik edərək bu proses çərçivəsində kreativliyin növbəti nəslini dəstəkləyən və təkmilləşdirən ilk virtual münsiflər heyətini yaradıb. Altı beynəlxalq finalçının hər biri nüfuzlu münsiflərdən ibarət komandamıza daha yaxşı gələcək qurmaq üçün görəcəyi işlər barədə danışdıqdan sonra qran-pri qalibi elan edilib. Altı ay ərzində finalçıları dəstəkləyən və onlara istiqamət verən dörd mentor da Lexus dizayn mükafatı 2020-nin böyük finalında iştirak edib.
Münsiflər heyətinin qərarını elan edən hakim və "Studio Gang" studiyasının təsisçisi və rəhbəri Janna Qanq belə deyib: "Müxtəlif zamanlarda estetika, həddindən artıq funksionallıq, hətta yumor və idrak dizaynı daha da zənginləşdirib. Bununla belə, hal-hazırda iqlim dəyişikliyi və sosial bərabərsizlik kimi ciddi problemlər dünyanı öz əsarəti altına alıb. Bu gün dizayn sistemli həll yolları üçün vacib şərtdir. Qran-pri qalibi dizayn anlayışını daha da genişləndirərək ictimai layihələrin maliyyələşdirilməsi sistemlərini əlavə edib, habelə təmiz və içməli suyun vətəndaşların inkişaf etmək qabiliyyətinə müsbət təsirini diqqətə çatdırıb. Layihənin icrası və iqtisadi cəhətdən dayanıqlılığının təmin edilməsi yollarını araşdıran dizaynerlər, dizayna yanaşma tərzimizi daha da təkmilləşdirir. Layihə təhlükəsiz içməli su üçün yağış suyunun yığılması və saxlanmasını təmin edən aparat rolunu oynamaqla yanaşı, həm də ictimai səlahiyyətləri artırmaq üçün maliyyə planı kimi çıxış edir.”
Lexus göstərdikləri səylərə görə Lexus dizayn mükafatı 2020-nin altı finalçısına, bu işə diqqət və məsuliyyətlə yanaşdıqlarına görə münsiflər heyətinə səmimi qəlbdən minnətdarlığını bildirir; Paola Antonelli, Janna Qanq, Con Maeda və Saymon Hamfris; Mentorlar: C Duse, Betan Qrey, Filip Malouin və Şohey Şiqematsu.
Qalibə təqdim edilmiş mükafat Lexus dizayn mükafatı 2013-cü ilin qalibi olmuş və hazırda Londonda peşəkar dizayner kimi fəaliyyət göstərən Hide Yosimoto tərəfindən hazırlanıb. Yosimoto mükafatla bağlı belə deyib: "Bu mükafat növbəti illərdə Lexus dizayn mükafatının siması olacaqdır, buna görə də cəsarət və zərafəti özündə birləşdirən, nümayişkarlıqdan uzaq, sadə və görkəmli dizayn yaratmağa çalışdım. Sənətkarlar mükafatı hisə verilmiş taxtadan oyaraq Yaponiyanın Akita prefekturasında ənənəvi Kavatsura tərzində hazırlanmış lakla boyayıblar. Hər bir mükafatı əllə hazırlayan zaman öz qəlbimizi və ruhumuzu ortaya qoyaraq qalibin kreativliyini əks etdirməyə çalışmışıq.”
Əlavə məlumat üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: LEXUS DİZAYN MÜKAFATI
Lexus dizayn mükafatı 2021-ə qatılmaq üçün 11 oktyabr tarixinə qədər müraciət edə bilərsiniz. Ətraflı məlumat vebsaytımızda dərc olunmuşdur:
Discover Lexus
Rəsmi haştaq: #LexusDesignAward
Lexus dizayn mükafatı 2021-ə qatılmaq üçün 11 oktyabr tarixinə qədər müraciət edə bilərsiniz. Ətraflı məlumat vebsaytımızda dərc olunmuşdur:
Discover Lexus
Rəsmi haştaq: #LexusDesignAward