ƏLAQƏ YARADIN
DAHA ÇOXUNU HİSS EDİN

TƏƏCCÜB HİSSİNİ YAŞA

Güclü və eyni zamanda, zərif. Köhnəlməyən və eyni zamanda, inqilabi. Yüksək performans və eyni zamanda, yanacağa qənaət. Avtomobillərimiz sizə dəbdəbə, rahatlıq və intizarın gözlənilməz birləşməsini hiss etdirir. Lexus ilə Təəccüb hissini yaşamağa hazır olun.

ƏYLƏNCƏNİ ÖNDƏ TUTARAQ LAYİHƏLƏNDİRİLİB

XÜSUSİYYƏTLƏR

Həqiqi performans təkcə avtomobilləri deyil, sizi də hərəkətə gətirir. Lexus, sürət və texnologiya sərhədlərini aşaraq sürücünü avtomobili, yol və hissləri ilə həqiqətən, birləşdirir.

GƏLƏCƏKLƏ TANIŞ OLUN

KONSEPT-KARLAR

Gündəlik həyat üçün nəzərdə tutulmuş avtomobillərlə yanaşı, biz dizayn və transmissiya üzərində işləyərək heyranedici konsept-karlar yaradırıq. Lexus-un gələcəyini kəşf edən bu cəsur konsepsiyalar kəskin meydan oxumadan və hədsiz innovasiyadan doğur.

BİR LEXUS SİMVOLU

LS STANDARTI

Zərif interyerə malik özü şarj olan hibrid sedanımız LS ilə dəbdəbəli avtomobillər haqqında təsəvvürü alt-üst etdik. Kiriko şüşə sənətinə aid yenilikçi ideyaların rahatlığı təmin edən qonaqpərvər salon ilə birləşməsi sayəsində özünüzü gümrah və rahat hiss edəcəksiniz.

İDMAN ÜSLUBLU

“F” FƏLSƏFƏSİ

Hər “Lexus F SPORT” modelinin ruhuna işləmiş “F” fəlsəfəsi “Lexus LFA V10” superkarından və RC F V8 kupesindən ilham alır. Parlaq dizaynı, yarış ruhlu salonu, xüsusi asqısı sayəsində daha da idman drayvını təmin edən “F” fəlsəfəsinin hər gedişə necə dəyər qatdığını öyrənin.

DAHA CƏSUR DÜŞÜNCƏ TƏRZİ

GƏLƏCƏK VİZYONU

Həvəs və irəliləyiş istəyi ilə hərəkət edərək biz hər zaman gələcəyi hədəf alırıq. Qabaqcıl dizayn və texnologiyanın köməyilə sizi gələcəyə daşıyacaq innovativ və dəbdəbəli konsepsiyalar və layihələr yaradırıq.