ƏLAQƏ YARADIN
TƏƏCCÜB HİSSİNİ YAŞAYIN

DƏBDƏBƏ STANDARTI

İlk dəfə 1989-cü ildə təqdim edilmiş LS bizim ustalığa və yüksək keyfiyyətə qarşı sədaqətimizin təcəssümü olmuşdur və dəbdəbəli avtomobillər haqqında gözləntiləri alt-üst etmişdir. LS-in özünəməxsusluğunun əsasında duran bədii yaradıcılıq, düşüncə və rahatlığı kəşf edin.

STANDARTIN TƏYİN EDİLMƏSİ


Ustalığın, qayğının və fədakarlığın rəmzi olan LS hər detalı ilə seçilir. Başgicəlləndirici performans, qabaqcıl innovasiya və ənənəvi texnologiyaları özündə mükəmməl birləşdirərək, dizaynı və konstruksiyası sayəsində unikal və həyəcanverici sürücülük təcrübəsi bəxş edir.

LS bütün Lexus seriyasında əsl sənətkarlıq və üstün keyfiyyət standartını müəyyən etmək üçün hər cəhətdən mükəmməlləşdirilmişdir.

DƏBDƏBƏLİ AVTOMOBİLİN YAŞATDIĞI TƏCRÜBƏ

HEYRANEDİCİ QARŞILAMA

Omotenaşi bizə dəbdəbəli LS avtomobilinin yaradılması üçün ilham vermiş Yapon qonaqpərvərlik konsepsiyasıdır. Qapı tutacaqlarının işıqlanması və avtomobilə daxil olmanız üçün avtomobilin üç santimetr qalxması sizə LS tərəfindən xüsusilə qarşılandığınızı hiss etməyə kömək edəcək.

ZƏRİF VƏ İFADƏLİ

YAPONİYADAN İLHAM ALARAQ

Avtomobilin üzlüyünə yeni yanaşmadan ilhamlanaraq biz ənənəni və qabaqcıl istehsalı birləşdiririk. Əllə yığılmış qapı panelləri oriqamiyə oxşayır, “Nishijin” və “Haku” qapı panelləri isə qara və gümüş toxuma ilə imitasiya sənətini əks etdirir.

ƏL İŞİ

TAKUMİ SƏNƏTKARLIĞI

Qüsursuz keyfiyyət və tikişi ilə LS-in dəri oturacaqları Takumi sənətkarlığını əks etdirir. Üç növü mövcuddur: Hamar, Yarımanilin* və L-anilin*. Əlavə dəri və xırda dənəvər taxta bəzəkli sükan çarxı LS-in premium paketinə, eləcə də standart Takumi komplektasiyalarına daxildir.

YOLDA DİNCƏLMƏ

“KİRİKO” ŞÜŞƏSİ SƏNƏTİ

Ənənəvi Yapon sənətkarlığının müasir interpretasiyası olan "Kiriko" sözü 200 ildən çox tarixi olan əl işi şüşə kəsimi texnikasına aiddir.

İşıq və kölgənin gündəlik, əbədi oyunu tanınmış “Kiriko” şüşə sənətkarı ilə əməkdaşlığımıza ilham verdi. Mükəmməl nəticə. Sürücüləri və sərnişinləri sakitləşdirici yumşaq atmosferlə qarşılayan, həm də nəfəsinizi kəsən əl işi dekorativ panel.

ÖZÜNÜ EVDƏKİ KİMİ HİSS ET

RAHATLIQ ÜÇÜN YARADILIB

Qonaqpərvərlik ruhunu əks etdirən Yapon “Omotenashi” prinsipindən ilhamlanaraq yaradılmış salonu, LS-in interyeri sizi, həqiqətən də qonaqpərvərliklə qarşılayır. Sərnişinləri düşünülmüş detallarla əhatə etməklə yanaşı, ümumi təcrübəyə diqqət yetirərək, sürücünün ehtiyaclarına dərhal və intuitiv cavab verir. Dəbdəbənin yeni standartını yaratmaq üçün hərtərəfli yanaşmanın lazım olduğunu bilirdik.
YOLDA DİNCƏLMƏ

ARXA OTURACAĞIN DƏBDƏBƏSİ

LSin elektrik intiqallı arxa oturacaqlarından* birində oturan sərnişinlər üstün rahatlıqdan həzz ala biləcəklər. Dartınmaq üçün “Relax” vəziyyətini seçin ki, ayaqlarınızı dəstəkləmək üçün oturacaq avtomatik olaraq uzansın, söykənək isə rahat 48° dərəcə bucağını almaq üçün açılsın. Bu mövqe bütün bədən quruluşlarına malik insanların iştirakı ilə keçirilmiş sınaqlar nəticəsində seçilmişdir. 

Yorğunluğu götürmək və rahatlanmaq üçün LS-in hər iki arxa oturacağı yüksək texnoloji masaj funksiyası ilə təchiz edilib. Yapon “Shiatsu” masaj texnikası üzrə mütəxəssislə əməkdaşlıqda işlənib hazırlanmışdır, təzyiq, ritm və axın dərin məmnunluğu və unikal təravəti təmin edir.

İNQİLABİ SƏYAHƏTİN DAVAMI

ULTRADƏBDƏBƏLİ LM

Bir inqilabi avtomobildən digərinə doğru irəliləyən LM Lexus-un dəbdəbə səyahətində növbəti addımdır. Hər gedişdə yüksək səviyyəli səfəri təmin edən şəxsi sürücülü avtomobil olan LM sizə hər iki dünyanın ən yaxşısını yaşamağa imkan verən hibrid güc aqreqatına malikdir. Sərnişinlərə tam açılan oturacaqlar, 14 litrlik soyuducu, açılan masalar və yüksək dəqiqlikli əyləncə sistemini təklif edən LM heyrətamiz təəssüratlara zəmanət verir.