ƏLAQƏ YARADIN
LEXUS-U KƏŞF ET

FƏRDİLƏŞDİRİLMİŞ LÜKS

Lexus dəbdəbəni yenidən tərif edir və misilsiz sürmə təcrübəsi yaşadır. İncə ustalıq, təxəyyülü heyran edən texnologiyalar və müstəsna Omotenaşi qonaqpərvərliyi haqqında öyrənin.

LEXUS-U KƏŞF ET

TƏƏCCÜB HİSSİNİ YAŞA

İlk dəbdəbəli sedanın buraxıldığı andan keçən 30 ildən çox müddət ərzində Lexus heyranedici dizayn, keyfiyyət və zəriflik sözləri ilə eyni mənanı daşımağa başlayıb. Lüks sinfinə aid avtomobillərin elektrikləşdirilməsi sahəsində öncü və lider mövqeyini tutaraq etdiyimiz hər bir işə oijinallıq və insan yanaşması bəxş etməyə çalışırıq. Bu, həmçinin Lexus LY650 yaxtalarına, INTERSECT BY LEXUS məkanlarına, THE LOFT by Lexus sahəsinə və  Lexus Design Award mükafatına aiddir. 

Bizim üçün həqiqi dəbdəbə səthi bir anlayış deyil, düşünülmüş və incəliklə təqdim edilmiş məhsuldur. 

LEXUS-U KƏŞF ET

KAYDZEN VASİTƏSİLƏ TƏKAMÜL

İlk avtomobilimiz - LS 400 - 1989-cu ildə yaradılıb. Bu, premium rəqiblərin arasında debüt etmək üçün qeyri-adi bir məhsul olmalı idi. 

LS 400-ün işlənib hazırlanması zamanı Lexus-un mühəndisləri mümkünsüzü mümkün deməyə can atıblar: həm nəfəskəsici, həm qənaətli, həm ənənəvi, həm müasir, həm təbii, həm insan əli ilə yaradılmış, həm möhkəm, həm yüngül. Bu, “həm” fəlsəfəsi, yəni bir-birinə uyğun olmayan ideyaların harmonik birgəlik halına gətirilməsi bizim yanaşmamızın əsasını təşkil etməyə davam edir. 

İnkişafın hər mərhələsində biz “status-kvoya” meydan oxuyuruq, sakitcə və davamlı olaraq təkmilləşərək və innovasiyaları tətbiq edərək.  Yapon dilində buna “kaydzen” deyilir.

LEXUS-U KƏŞF ET

EHTİRASLA HƏRƏKƏT EDƏN

Toyota-nın prezidenti və baş direktoru və Lexus-un mahir sürücüsü Akio Toyoda həqiqi avtomobil həvəskarıdır. O, Lexus avtomobilində Nürburqrinqdə 24 saatlıq yorucu yarışmada iştirak edib. 

Toyoda-nın Lexus ilə əməkdaşlığının ilk nəticəsi saatda 325 km-ədək sürətlə başgicəlləndirici gedişi təmin edən qabaqcıl texnologiyalarla təchiz edilmiş LFA superkarı olmuşdur. LFA modeli məhdud 500 ədəd tirajı ilə buraxılmış və avtomobil həvəskarları üçün əfsanəvi olmuşdur. Bu cür sürmənin bəxş etdiyi kəskin hissləri yaratdığımız hər Lexus-da yaşamaq mümkündür. 

“Mənim prioritetim pul qazanmaq deyil, möhtəşəm avtomobillər yaratmaqdır.  Bu avtomobillər baxdıqda göz oxşayır, içində oturduqda üstün hiss etdirir, sürdükdə isə təəccübləndirir”, deyə Akio Toyoda bildirib. 

LEXUS-U KƏŞF ET

TAKUMİ İLƏ TƏKMİLLƏŞDİRİLMİŞ

Yeni bacarığı öyrənmək üçün çox vaxt tələb olunmur, lakin ona yiyələnmək üçün  60 000 saat vaxt lazımdır.  

Qadın və kişi ustalarımız Takumi kimi tanınır. Onların ustalığı 60 000 saatlıq təcrübə ərzində səlisləşir. 

Detallara qarşı diqqəti ilə məşhur olan Takumi ustaları öz bacarıqlarını müntəzəm olaraq təsdiq etməlidirlər. Bunun üçün onlar, pişik oriqamisini qeyri-dominant əlləri ilə 90 saniyə ərzində yığmalıdırlar. 

İstehsal prosesi avtomatlaşdırılmış olsa da, Takumi ustaları istehsal prosesində əsas rolu oynayırlar. Məsələn, boya vuran robot əlinin hərəkətləri Takumi ustalarının hərəkətlərini dəqiqliklə təkrarlayır. 

LEXUS-U KƏŞF ET

TƏXƏYYÜLÜ HEYRAN EDƏN TEXNOLOGİYALARIN SAYƏSİNDƏ

Konsept-karlarımız mobilliyin gələcəyini dəyişəcək öncü texnologiyaların təcəssümüdür. Biz, müştərilərimiz və cəmiyyətimizin ehtiyacları və dəyərlərini öncədən görərək öyrənməyə, böyüməyə və təcrübə etməyə davam edirik.

Lexus-un hibrid intiqalı (2005), LED işıqları (2007), piyadaları aşkarlama sistemi (2013) və toqquşmanı önləmə sistemi (2017) ilk olaraq bizim konsept-karlarımızda təqdim edilib. 

İndi Lexus gələcəyin dəbdəbəli avtomobillərinin öz təbiətini dəyişməyə çalışır. Biz, mobillik vizyonumuz və sıfır tullantı səviyyəmiz ilə sürmənin verdiyi məmnuniyyət və həzz hissini artırmağa çalışırıq. Elektrikləşdirilmiş Lexus Bu, bizim 2035-ci ilədək alternativ güc qurğularına tam keçidimizin ayrılmaz hissəsidir. 

Çünki texnologiyaların əsasında həqiqi insanlıq durduqda, onlar daha da güclü olurlar. 

LEXUS-U KƏŞF ET

OMOTENAŞİ İLƏ TƏCHİZ EDİLİB

Lexus müştərilərinə həmişə  digər premium avtomobil brendlərindən daha yaxşı münasibət bəsləyir. 

Biz bunu dərin Omotenaşi fikri adlandırırıq. Omotenaşi müştərilərin ehtiyaclarını öncədən görməyə və müştərilərə sanki evin dəyərli qonağı kimi hiss etdirməyə kömək edir. 

Bu prinsipin rəhbər tutulması bizim müştəri məmnuniyyəti sorğularında ilk yerləri tutmağımıza və misilsiz xidmət nüfuzuna sahib olmağımızın səbəbidir. Əksər münasibətlər getdikcə daha gizli olduğuna görə biz dəbdəbəni fərdiləşdirməyə davam etmə üçün əlimizdən gələni etməklə rahatlıq, üstünlük və insan toxunuşunu təklif edirik.