ƏLAQƏ YARADIN
FƏRDİ MEYL

LEXUS LINK + QOŞULMA XİDMƏTLƏRİ

İsti “Omotenashi” qonaqpərvərliyini təcəssüm edən qayğıkeş və eyni zamanda, qabaqcıl qoşulma imkanlarını tanıyın. Lexus Link + Qoşulma Xidmətlərinin sürücü və avtomobil arasında daha dərin əlaqə yaratmaq üçün nəzərdə tutulmuş xüsusiyyətlərini kəşf edin.

İNTUİTİV TEXNOLOGİYA

ƏLAQƏNİ İTİRMƏ

Lexus Link Qoşulma Xidmətləri ilə fərdilik və praktikliyi birləşdən dəbdəbəni avtomobilin içində və xaricində hiss edin. Əmin olun ki, avtomobilinizlə smartfonunuzdan istifadə edərək uzaqdan əlaqə saxlaya biləcəksiniz. Lexus Link+ tətbiqi ilə istənilən yerdən qoşulun və Lexus Link+ Multimedia sistemi ilə qüsursuz naviqasiya, dəstək və əyləncə ilə hər səfərinizi daha də əyləncəli edin.
TAM NƏZARƏT ÜÇÜN

ÇEVİK TƏTBİQ

Lexus Link + tətbiqi ilə çoxsaylı ağıllı qoşulma xidmətlərindən və daha hamar gedişdən həzz alın. Marşrutunuzu planlaşdırıb naviqasiya sisteminə göndərərək yola çıxmadan əvvəl rahat olun. Səfərdən sonra isə getdiyiniz yolun təfərrüatlı statistikası sayəsində ürəyiniz rahat olacaq. 
YENİ DÜNYA

TƏKMİLLƏŞDİRİLMİŞ MULTİMEDİA

Haraya getdiyinizdən asılı olmayaraq Lexus Link + Multimedia sistemindən həzz alın.  Mark Levinson səs sistemindən istifadə edərək sevdiyiniz musiqiləri dinləyin və göz səviyyəsində yerləşən sensorlu ekranda hava proqnozuna və naviqasiyaya real zaman rejimində baxın. Apple CarPlay® və Android Auto® sayəsində bütün bunları etmək üçün  gözünüzü yoldan çəkməli olmayacaqsınız.