ELEKTROMOBİL PİONERLƏRİ
Lexus Özü Enerji Yığan Hibrid texnologiyası ətraf mühitə və cibinizə daha az təsir göstərir. Üstün yanacaq səmərəliliyi və emissiyaların azalması ilə texniki qulluq və istismar xərclərini də azalda bilərsiniz.
SƏNAYENİN APARICI TEXNOLOGİYALARI
30 il öncə ilk lüks sedan avtomobilimizin istehsal edilməsindən başlayaraq Lexus müstəsna dizayn, keyfiyyət və ustalığın sinoniminə çevrilib. Bəlkə də, ən vacib məsələ odur ki, biz lüks avtomobillərin elektrikləşdirilməsi sahəsində pioner və liderik.
Lexus 15 ildən çoxdur insanların idarəetmə təcrübəsini yaxşılaşdırmaq və ümumilikdə cəmiyyətə fayda vermək üçün dünya səviyyəli texnologiyalar yaradır. Bütün dünyada avtomobillərin elektrikləşdirilməsi texnologiyaları üzrə liderə çevrilmiş Lexus ikimərhələli reduktor və çoxmərhələli hibrid sistemi kimi qabaqcıl texnologiyalarla tam elektrik avtomobillərindən ibarət olan gələcək üçün standartları təyin edib.
TAKUMI USTALARI
Elektrik avtomobillərimizin ultra-müasir texnologiyası "Takumi" ustalarımızın ənənələri ilə bir araya gəlib. Detallara verilən diqqət əllə cilalanmış boyadan tutmuş elektrik komponentlərin təmiz yığımına qədər hər şeydə özünü göstərir.
Sizin həyəcanverici səyahətiniz üzlüklərə həm möhkəmlik, həm də fərqli üslub verən ənənəvi yapon sırınma texnikası "saşiko"dan ilhamlanaraq hazırlanmış, əllə tikilmiş dəri oturacaqların rahatlığında keçəcək.
Son olaraq, avtomobiliniz sizə təhvil verilməzdən əvvəl tam mükəmməl olması üçün təkrar-təkrar yoxlanılır. Elektrikləşdirilmiş dövr zamanın təsirindən azad olan keyfiyyət təklif edir.
LF-30 KONSEPT AVTOMOBİLİ
Biz keçmiş şöhrətimizə arxayın olmağı seçmirik, buna görə də, bu yaxınlarda LF-30 konsept avtomobilini istehsal etmişik. Zövqünüzə zövq qatmaq üçün yaradılmış bu avtomobil sürücünün ehtiyaclarına uyğunlaşdırılmış idarəetmə təcrübəsi, aktiv lüks atmosfer, hamar və futuristik xətləri ilə göz oxşayan eksteryer təklif edir. İyirmi ildən çox elektrikləşmə təcrübəmizin sayəsində bu avtomobil dörd elektromotor təkəri, elektron sükan idarəetməsi və Lexus Təkmil Mövqe İdarəetmə sistemi ilə başqa avtomobillərə bənzəməyən idarəetmə təcrübəsi vəd edir.
İnnovativ interyerdə avtonom texnologiyalardan və idarəetmə zövqünü daha da artıran mövqenin idarəedilməsi üçün təkmilləşdirilmiş sistemdən istifadə edilib. Növbəti nəsil interfeyslərə jestlərlə idarəetmə və avtomobil haqqında məlumatların Artırılmış Reallıq vasitəsilə təqdim edilməsi daxildir. Yan pəncərələrin şəffaflıq dərəcəsi asanlıqla tənzimlənir və beləcə sizə ətraf görüntüyə geniş baxış və ya avtomobilinizdə tək qalma imkanı verir.