360°-Lİ YANAŞMA
"LEXUS-UN ƏTRAF MÜHİTLƏ BAĞLI CƏHDLƏRİ YER KÜRƏSİNƏ ƏSL SEVGİ VƏ QAYĞIDAN İRƏLİ GƏLİR. LEXUS-UN ƏTRAF MÜHİTƏ MƏNFİ TƏSİRLƏRİNİ NECƏ AZALTDIĞINI ÖYRƏNMƏK ÜÇÜN 5 MƏRHƏLƏLİ PROSESİ İZLƏYİN"
MƏQSƏD: SIFIR EMİSSİYA
LEXUS OLARAQ BİZ EKOLOJİ PROBLEMLƏR YARATMAYAN SƏNAYENİN FORMALAŞMASINA GÖRƏ MƏSULİYYƏT DAŞIYIRIQ.
Hazırda ekoloji dayanıqlılıq sənaye və cəmiyyətimizin qarşısında duran ən böyük problemdir. Bizim cavab tədbirimiz məhsullarımızla bərabər, fəaliyyət dairəmizə və onun hər bir iştirakçısına da təsir edir.
Biz sabit nəqliyyat konsepsiyasını rəhbər tutaraq:”
- Hibrid avtomobilləri kimi ekoloji zərərsiz texnologiyaların tətbiqinə təşəbbüs göstəririk
- Fəaliyyətimizin ətraf mühitə təsirini azaldırıq
- Təbii resurslardan istifadəni minimallaşdırır, təkrar emal və təkrar istifadəni maksimallaşdırırıq
- Ətraf mühitin sağlamlaşdırılması istiqamətində yerli icmalarla birgə çalışırıq
Biz bu təşəbbüsü ətraf mühitin idarə edilməsinə 360° yanaşmamız adlandırırıq. Məqsədimiz biznesimizin hər bir sahəsində sıfır tullantıya və sıfır emissiyaya nail olmaqdır. Zamanla və əldə etdiyimiz bacarıqların sayəsində Kayzen (yaponca "davamlı inkişaf") ilə buna nail olacağımıza inanırıq. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.
BİRİNCİ MƏRHƏLƏ: MƏHSUL VƏ LAYİHƏNİN HAZIRLANMASI
EKOLOJİ TƏSİRİ MİNİMUMA ENDİRMƏK ÜÇÜN İNKİŞAFIN PLANLAŞDIRILMASI VƏ ÖLÇÜLMƏSİ VACİBDİR. BUNA GÖRƏ DƏ BİZ "İSTİSMAR TSİKLİ BARƏDƏ DÜŞÜNCƏ”DƏN - İSTEHLAK EDİLƏN BÜTÜN EHTİYATLARI VƏ MƏHSULLARIMIZLA ƏLAQƏDAR ƏTRAF MÜHİTƏ VƏ SAĞLAMLIĞA DÜŞƏN TƏZYİQİ NƏZƏRƏ ALAN HƏRTƏRƏFLİ DAVAMLI İNKİŞAF PROSESİNDƏN İSTİFADƏ EDİRİK.
Biz təkrar emala yararlı olan materiallardan istifadə edirik, odur ki, istifadə müddəti bitdikdən sonra həmin materialların asanlıqla emal ediləcək hissələrini toplayır və onlardan təkrar istifadə edirik. Lexus avtomobillərinin ən xırda detalında belə bu prinsip nəzərə alınıb: təkrar emal edilmiş buferlərdən yük bölməsinin dekorativ elementlərində, izolyasiya materiallarından isə sükan dempferində istifadə olunub.
Qapıda dekorativ element kimi istifadə olunmuş ağac materialları indi daha çox hibiskus ailəsinə məxsus olan kənaf ilə təklif olunur.
Kənaf digər bitkilərə nisbətən iki-beş dəfə çox CO2 udur və avtomobil təmiri emalatxanalarından alınmış köhnə tullantı buferlərlə qarışdırılır; bu isə qapı haşiyələrini yüksək səs izolyasiyalı etməklə yanaşı daha yüngül edir və meşələri tükəndirməyən materialdan istifadə etməyimizə imkan verir.
"BİZ BÜTÜN AVTOMOBİLLƏRİMİZDƏ İSTİFADƏ OLUNAN VƏ İNDİ BÜTÜN MAŞIN İSTEHSALÇILARININ İSTİFADƏ ETDİYİ MƏHDUDİYYƏTSİZ ŞƏKİLDƏ TƏKRAR UTİLİZASİYAYA YARARLI PLASTİK HAZIRLAMIŞIQ."
İKİNCİ MƏRHƏLƏ: İSTEHSAL
Lexus olaraq biz ekoloji problemlərə cavab verən sənayenin formalaşmasına görə məsuliyyət daşıyırıq. Hal-hazırda ekoloji dayanıqlılıq sənaye və cəmiyyətimizin qarşısında duran ən böyük problemdir. Bizim cavab tədbirimiz məhsullarımızla bərabər, fəaliyyət dairəmizə və onun hər bir iştirakçısına da təsir edir.
Biz bu təşəbbüsü ətraf mühitin idarə edilməsinə 360° yanaşmamız adlandırırıq. Məqsədimiz biznesimizin hər bir sahəsində sıfır tullantıya və sıfır emissiyaya nail olmaqdır. Zamanla və əldə etdiyimiz bacarıqların sayəsində Kayzen (yaponca "davamlı inkişaf") ilə buna nail olacağımıza inanırıq. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.
ÜÇÜNCÜ MƏRHƏLƏ: LOGİSTİKA
Lexus şirkətinin ekoloji maraqları xam materialların toplanıb daşınmasından avtomobil hissələrinin emalı və yığılmasına qədər, eləcə də, mərkəzi sərgi salonlarımızdakı proseslərdən avtomobilin istismar dövrünün sonunda materialların emalına qədər müxtəlif məsələləri əhatə edir.
Bununla belə biz, texniki təchizat məsafəsini ildə 3057 mil azaltmağa nail olmuşuq ki, bu da 1020 ton CO2 qənaətinə imkan verdi. Biz buna nəqliyyat marşrutlarını diqqətlə planlaşdırmaqla və hər yük avtomobilinə düşən səmərəli yükü ikiqat artırmaqla nail oluruq.
DÖRDÜNCÜ MƏRHƏLƏ: İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN UTİLİZASİYASI
İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRƏ DAİR DİREKTİV TULLANTILARIN QARŞISINI ALMAQ VƏ MƏHDUDLAŞDIRMAQ, İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN TƏKRAR İSTİFADƏSİNİ, UTİLİZASİYASINI VƏ TƏKRAR EMALINI TƏKMİLLƏŞDİRMƏK MƏQSƏDİ DAŞIYIR
Lexus Direktivin tələblərini təsdiq etmiş və fəaliyyətinin bir hissəsi kimi, tələblərə cavab verən bütün Lexus avtomobillərinin pulsuz geri qəbul edilməsi üçün öz siyasətini tətbiq etmişdir.
Lexus olaraq biz fəaliyyətimiz nəticəsində ətraf mühitə dəyə biləcək mənfi təsirlərin minimallaşdırılması üçün dünya səviyyəsində çalışırıq. Avtomobillərin utilizasiyası ilə bağlı Lexus sahiblərinə məsul, etibarlı və səmərəli xidmətin göstərilməsi məqsədi ilə İstismar Müddəti Başa Çatmış Avtomobillərin təkrar emalı və istifadəsi üzrə biznes tərəfdaşını seçərkən onun ən yüksək standartlara cavab verməsi vacib idi.
KİMYƏVİ MADDƏLƏRİN İDARƏ EDİLMƏSİ
Biz Avropa qanunvericiliyi bunu tələb kimi qəbul etməzdən uzun müddət əvvəl ətraf mühitə təsirimizi azaltmaq üçün addımlar atırdıq. Tullantı qaydalarına müvafiq şəkildə riayət edilməzsə, uzun müddətli ekoloji zərbəyə səbəb olan qurğuşun*, kadmium və civə kimi ağır metalların istifadəsini azaltmış, yaxud aradan qaldırmışıq. Biz qurğuşunsuz avtomobil hissələri və anti-korroziya emalları və civəsiz işıqlandırma və açarlardan istifadə edirik. Biz həmçinin ziyanlı maddələr ehtiva edən məhlullar və boyaların istifadəsinə də yol vermirik.
Biz Kimyəvi Maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi və İcazəsi üzrə Avropa qaydası REACH-ə tam əməl edirik və həmçinin bütün biznes tərəfdaşlarımızın vəzifə və öhdəliklərini başa düşməsini təmin edirik. REACH fəaliyyətləri istehsal, hissələr və aksesuarlar daxil olmaqla, biznesin hər bir hissəsində həyata keçirilir. Bizim niyyətimiz təhlükəsiz kimyəvi maddələr və digər kimyəvi maddələr üzrə tənzimləmələr sahəsində dünya lideri olmaqdır.
*Komissiyanın 2000/53 saylı Direktivinin II Əlavəsinə çıxarışlarda göstərildiyi kimi starter akkumulyatorlardan başqa
Xüsusi Təhlükəli Maddələr (SVHCs) haqqında Məlumat
REACH Əsasnaməsinin 33-cü Maddəsində qeyd edilir ki, müştərilər məhsullarımızda olan Xüsusi Təhlükəli Maddələrin (SVHCs) mövcudluğu haqqında məlumatlandırılmalıdır. Siz nəqliyyat vasitəsi haqqında məlumatı aşağıdakı siyahıdan tapa bilərsiniz: