- Yeni GX müstəsna yolsuzluq performansını Lexus-un incəliyi ilə birləşdirə bilən və yolda yarana biləcək bütün şəraitlərdə etibarlı tərəfdaşdır
- Yeni qlobal GA-F platforması və klassik çərçivə dizaynı yüksək daxili gücü və avtomobilin yolda sürətli reaksiyasını təmin edir
- Daha güclü xarici dizaynı GX-in möhkəm xarakterini nümayiş etdirir
- “Tazuna” fəlsəfəsinə əsaslanan kokpit konsepti sürücü üçün əla görmə sahəsini və idarəetmə vasitələrinə və məlumatlara intuitiv çıxışı təmin edir
- Geni yük yerinə malik açıq, müasir və sakit interyer dizaynı
- Yeni 3,5 litrlik V6 tvinturbo mühərriki əhəmiyyətli dərəcədə daha gücü və burucu momenti təmin edir
- 3,5 tona qədər yedəkləmə qabiliyyətinə malik olmaqla sinfinin ən yaxşısıdır
- GX cərgəsinə avtomobilin yolsuzluq qabiliyyətini artıran dizayn və xüsusiyyətlərə malik yeni Overtrail modeli daxildir
- Lexus GX-in Şərqi Avropa bazarlarında satışı 2024-cü ilin əvvəlində başlayacaq
LEXUS -GX-in DÜNYA PREMYERASI
1989-cu ildə ilk buraxılışından etibarən Lexus daima müştərilərini yeni dəyərlərlə qovuşdurmaq üçün texnologiya və dizaynın sərhədlərini genişləndirərək innovasiyalara imza atmışdır. Bu yenilikçi ruhun ən son təzahürü olan tam yeni GX modeli həqiqi yolsuzluq imkanlarına malik premial tam intiqallı modeldir.