ƏLAQƏ YARADIN
Lexus LC flaqman kupesinin axıcı konturları və əyriləri incəliyin və gözəlliyin sadəlikdə gizləndiyini ifadə edir və ona baxanda arxasında sanki bir hekayənin durduğunu hiss edirsiniz. Səhnəyə ilk çıxışı möhtəşəm olmuş və “Kaliforniya xəyalı” mükafatına layiq görülmüş bu modelin cəsur dizayn dili xətlər, kölgələr və bucaqların diqqət çəkən kəsişməsindən ortaya çıxır. Yaponiyadakı Motomaçi zavodunda “Takumi” ustaları tərəfindən hazırlanan bu avtomobilin 5 litrlik benzin V8 mühərrikli LC 500 və ya çoxmərhələli hibrid mühərrikli LC 500h versiyaları var.
  • LC KUPE HAQQINDA 10 VALEHEDİCİ FAKT

                                                                                                                                                                              Əlbəttə ki, bir çox mükafata layiq görülmüş bu model haqqında heyrətamiz xarici görünüşündən başqa da danışacağımız faktlar var.                                                                                                                                                                                                                                                                                                                             

  • KUPE LC-NİN YARADILMASI AVİASİYA ŞİRKƏTLƏTİ İLƏ TƏRƏFDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLİB

    2016-cı ildən etibarən Lexus şirkəti yaponiyalı hava yarışçısı Yoşihide Muroya (Yoshihide Muroya) ilə səmaları fəth edir.  Bu cür əməkdaşlığın nəticələrindən biri aviasiya texnologiyalarından istifadə etməklə yaradılmış arxa qanad olmuşdur.                                                                                                                      

  • LC “HOKKAIDO EDITION” VERSİYASI SON DƏRƏCƏ ALOVLU  “GRAND TOURING” HƏZZİNİ YAŞAMAĞA İMKAN VERİR

    Bu yaxınlarda Lexus şirkəti tərəfindən LC flaqman kupesinin və LC flaqman kabrioletinin xüsusi versiyasının buraxılışı elan edilmişdir.  Bu il Avropada sayı cəmi 40 avtomobil ilə məhdudlaşacaq Hokkaido Edition-ın qeyd edilmiş modeli dinamik xarici görünüşü Grand Touring-in incəliyi ilə birləşdirir. 

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

3 Seçimlər

Heç bir nəticə tapılmadı

  • LC - Coupe Hybrid - Coupe 2 Doors

    LC Coupe Hybrid

    Hibrid
    Coupe 2 Doors

    Kəşf et

    Multi-Stage Hybrid | 4X2
  • LC - CV Petrol - Convertible 2 Doors

    LC CV Petrol

    Convertible 2 Doors

    Kəşf et

    10 AT | 4X2
  • LC - Coupe Petrol - Coupe 2 Doors

    LC Coupe Petrol

    Coupe 2 Doors

    Kəşf et

    10 AT | 4X2

XÜSUSİYYƏTLƏR

  • YÜKSƏK MÖHKƏMLİYƏ MALİK KORPUS

                                                                                      LC-nin dinamik idarəetmə xüsusiyyətləri çox güclü kuza çərçivəsinə və yeni yüngülləşdirilmiş asqı komponentlərinə əsaslanır.  LC-nin deformasiyaya uğramayan hissələri son dərəcə yüksək möhkəmliyə malik poladdan hazırlanır, qapı, yük yeri və kapot üçün yüngül alüminiumdan, dam və qapı çərçivələri kimi komponentlər üçün isə karbon liflə möhkəmləndirilmiş güclü və yüngül plastikdən istifadə olunur. Bu sərt şassi, eləcə də aşağı ağırlıq mərkəzi və çəkinin demək olar ki, mükəmməl paylanması   LC-yə zərgər dəqiqliyi ilə manevr etmək imkanını verir.

  • DÖRD TƏKƏRİN AKTİV SÜKAN İDARƏETMƏSİ ÜÇÜN “LEXUS DYNAMIC HANDLING” SİSTEMİ

    “Sport +” modellərində mövcud olan genişləndirilmiş “Lexus Dynamic Handling” sistemi sükanın təkmilləşdirilmiş elektrik gücləndiricisi ilə ahəng təşkil edərək təkərlərin dördü üçün də optimal dönmə bucaqlarını davamlı olaraq hesablayır və təyin edir. Bu isə öz növbəsində avtomobilin idarə edilməsini daha xoş və dinamik edir. 

  • ADAPTİV DƏYİŞƏN ASQI

                                                                                    650 müxtəlif inanılmaz asqı parametrindən istifadə edərək və avtomobili idarə etmək tərzinizi və yol şəraitini nəzərə alaraq daha iti və zərif idarəetməni təmin edən optimallaşdırılmış Adaptiv Dəyişən Asqı amortizatorların dördünün də balanslama gücünü kontrol edir.

Lexus-un yeni nəsil çoxmərhələli hibrid sistemi ilə təchiz edilmiş LC 500h modeli öz sinfində inqilabi dəyişiklikləri əks etdirir.  3.5 litrlik V6 tam hibrid güc qurğusuna çoxmərhələli keçirmə mexanizmini əlavə etmiş mühəndislərimiz ağlasığmaz xətti sürətlənməni, gücün ideal paylanmasını və “M” rejimində 10 sürətli keçirmədən seçim etmək imkanını təmin edən tamamilə yenilikçi avtomobil yaratmağa nail olublar. Bütün bunlar hibrid Lexus-un hamar gedişi və yüksək məhsuldarlığının qorunması fonunda təmin edilib. 

LC 500-də  464 DIN at gücü/341 kVt gücünü arxa təkərlərə ötürən yüksək dövr qabiliyyətinə malik 5.0 litrlik benzin mühərrikindən istifadə olunur. Bu, əl ilə yığılmış mühərrik “Nürburgring 24-hour Race” və “Pikes Peak Hill Climb” kimi avtomobil yarışları üçün nəzərdə tutulub. Bu mühərrikdən minik avtomobillərində dünyanın birinci 10 mərhələli avtomatik transmissiyası ilə birlikdə istifadə inanılmaz sürətlənməni və zəhmli V8 səsini təmin edəcək. 

TƏHLÜKƏSİZLİK

  • “LEXUS SAFETY SYSTEM+” TƏHLÜKƏSİZLİK SİSTEMİ

    İnnovativ “Lexus Safety System+ ” bütün LC modellərində standart komplektasiyadır və buraya piyadaların aşkarlanması funksiyasına malik Toqquşmanı Önləmə Sistemi; Yolunuzdan çıxmamağınıza kömək etmək üçün Zolağın İzlənməsinə Nəzarət Köməkçisi; Qaranlıq vaxtı daha yaxşı görməni təmin etmək üçün Avtomatik Uzaq İşıqları; sürətinizi öndəki avtomobilin sürətinə tənzimləyən Dinamik Radar Kruiz Kontrol daxildir.

  • TOQQUŞMANI ÖNLƏMƏ SİSTEMİ

                                                                          Millimetrlik diapazona malik radar və daxili kompüter toqquşma riskini qabaqcadan hesablayır. Risk yüksək olarsa, Toqquşmanı önləmə sistemi sürücünü xəbərdar edir və əyləc təzyiqini artırır.  Qəza qaçılmaz olarsa, əyləc zəruri hallarda avtomatik işə düşəcək və ön təhlükəsizlik kəmərləri də dartılacaq. Bundan əlavə öndə hər hansı obyekt (məs., piyada) aşkar edilərsə, 10 km/saat ilə 80 km/saat arası diapazonda əyləc avtomatik işə düşür və həmin obyektlə təhlükəli təmasın qarşısını almağa imkan verir. 

  • ZOLAQDA QALMA KÖMƏKÇİSİ VƏ AVTOMATİK UZAQ İŞIQLAR

    Zolaqda qalma köməkçisi (LKA) zolaqdakı vəziyyətinizə nəzarət etmək üçün ön şüşədəki kameradan istifadə edir.  Hərəkət zolağınızdan kənara çıxmağa başladığınızda LKA sistemi xəbərdaredici səs siqnalı verir və sükan idarəetməsinə lazımi düzəlişləri edir. Gecə vaxtı Avtomatik Uzaq İşıqlar sistemi həmin kameradan qarşıdan gələn nəqliyyat vasitələrini aşkar etmək və uzaq işıqları avtomatik işə salmaq üçün istifadə edir. Bu, işığın təsadüfən digər sürücülərin gözünə salınması ehtimalını azaldır və Sizə diqqətinizi tam olaraq yolda saxlamağa imkan verir. 

Son dərəcə möhkəm təhlükəsizlik karkasından əlavə sərnişinlərin təhlükəsizliyi səkkiz ədəd hava yastığı ilə daha da gücləndirilir. Sürücü və ön sərnişin başı qoruyan ikimərhələli təhlkükəsizlik yastıqları, eləcə də dizləri qoruyan və yan hava yastıqları ilə qorunur. Yastıq pərdələri kabinanın hər iki yan tərəfini uzunluq boyunca qoruyur. Bütün təhlükəsizlik kəmərləri tarımlayıcı ilə təmin edilib. 

Piyada ilə toqquşma zamanı ön bamperdə yerləşən sensorlarla aktivləşdirilən mexanizm kapotla altındakı mühərrikin sərt komponentləri arasındakı boşluq yaratmaq üçün kapotu bir qədər qaldırır. Bu, piyadanın xəsarət alma riskini azaldır. 

CƏSUR DİZAYN

  • 20 düymlük/ 21 düymlük YÜNGÜL LEHİMLİ DİSKLƏR

    Üstün idarəetmə qabiliyyətini təmin edən 20 düymlük, cilalanmış, 5 dördqat oxlu, səs azaldıcı  və tünd boz örtüklü tökmə disklər və ya  21 düymlük, döymə, 5 qoşaoxlu yüngül disklər arasında seçim edin. 

  • ARXA HOLOQRAFİK LED İŞIQLAR

                                                                                      Reaktiv qırıcı təyyarələrin forsaj kameralarından ilhamlanaraq yaradılmış göz oxşayan arxa işıqlar metal çərçivə ilə Lexus-un “L” motivini əks etdirir. Yaxından baxdıqda arxa işıq moldinqinə qüsursuz daxil edilmiş yük yeri kilidi görünür. 

  • ŞÜŞƏ VƏ YA  KARBON LİF DAM 

                                                                                            LC-nin salonunda havalı azadlıq hissini yaradan xrom örtüklü moldinqlər şüşə damın yan tərəfi boyunca zərif kupe profilini gücləndirir, arxa konturlar isə ənənəvi yapon qılıncının xətlərini təkrarlayır. LC-nin ağırlıq mərkəzini aşağı salmaq üçün Motomaçi zavodumuzda rezinin tökmə ilə presslənməsinin yeni texnologiyasından istifadə etməklə karbon liflə möhkəmləndirilən plastikdən hazırlanan dam variantı istehsal edilir. 

Sürücünün göz hərəkətlərini azaltmaq və fikrinin yayınmasına yol verməmək üçün bütün önəmli alətlər və informasiya displeyləri bilavasitə sürücünün göz qarşısında yerləşdirilib.  Tez-tez istifadə etdiyiniz idarəetmə elementləri (məs., idarəetmə rejimini seçmək üçün) sükanın ətrafındadır.

Gözəl tikilmiş dəri oturacaqlar dəstək və rahatlığın mümkün olan ən yaxşı kombinasiyasını təklif edir. Ümumilikdə 50 sınaq dövründən keçmiş bu yeni dizaynın yaradılmasında LC-nin baş mühəndisi Sato özü iştirak etmişdir. Qapı panellərinin  Alcantara® materialı ilə işlənmiş üzləmə effekti və oturacaqların dəri üzlüyünün xüsusi perforasiyası bu dəbdəbəli kupeni yaradanların ən kiçik detallara olan diqqətini bir daha vurğulayır. 

İNNOVATİK TEXNOLOGİYA

  • 13 DİNAMİKLİ MARK LEVINSON® AUDİO SİSTEMİ

    2022-ci ildə məhsullarından yalnız Lexus avtomobillərində istifadə olunan “Mark Levinson” şirkəti dünyanın ən yaxşı audio-sistemlərinin yaradılmasının 50 illik yubileyini qeyd edir. Hər şey 22 yaşlı Mark Levinsonun “Woodstock” festivalında “The Who”, “Santana” и Cimi Hendriks kimi əfsanələrin istifadə etdiyi mikşer lövhəsini təqdim etməsindən başlamışdır.  13 dinamikli və GreenEdge™ texnologiyası ilə təmin edilmiş dünya miqyaslı “Mark Levinson® Premium Surround” audio sistemi avtomobilin salonunun akustik xüsusiyyətlərinin nəzərə alınması ilə xüsusilə LC üçün yaradılmışdır.  Clari-Fi™ funksiyası ilə daha da gücləndirilərək, rəqəmsal ev kinoteatrı təcrübəsi yaşadan bu sistem MP3 fayllarının sıxılması zamanı itirilən səs keyfiyyətini bərpa edir. 

  • MULTİ-İNFORMASİYALI DİSPLEY

                                                                                      Xəbərdarlıqlar və naviqasiya məlumatları kimi bütün vacib məlumatları əldə edə bilməniz üçün mərkəzi idarəetmə panelinə rəngli multi-informasiya displeyi yerləşdirilib. 

  • SON DƏRƏCƏ GENİŞ RƏNGLİ PROYERKSİYA EKRANI

    Diqqəti yoldan kənarlaşdırmaq ehtiyacını azaltmaq üçün əsas məlumatlar ən yeni texnologiyalardan istifadə etməklə bilavasitə ön şüşədə (174 mm x 48 mm ölçüdə) əks olunur

Sürücü üçün rahat yerdə yerləşdirilmiş, yüksək dəqiqliyə malik 10.3 düym diaqonallı mərkəzi displeyin idarə edilməsi səs komandalarının və ya sensor panelinin köməyi ilə həyata keçirilir.  Ekranın bölünmə funksiyası  müxtəlif məlumatları eyni zamanda əldə etmək imkanı verir. Məsələn, Lexus Premium naviqasiya məlumatlarına və klimat kontrol parametrlərinə eyni zamanda daxil olmaq mümkündür. Apple CarPlay® və Android Auto® texnologiyası sayəsində LC məlumatı asanlıqla əks etdirməyə və smartfonunuzdakı tətbiqlərə displeydən daxil olmağa imkan verir. 

Yenilikçi klimat-konsyerj sistemi avtomobilin salonunda havanın temperaturunu, eləcə də oturacaqların və sükan çarxının temperaturunu müstəqil olaraq tənzimləyir. Bundan əlavə, qabaqcıl  nanoe® texnologiyası havanı təmizləmək və oturacaqların xoşagəlməz qoxularını effektiv kənarlaşdırmaq üçün salona mənfi yüklü hissəciklərin verilişini təmin edir.  Bu hissəciklər həmçinin dərini və saçları da nəmləndirir. 
TEST-DRAYVLARIMIZ HAQQINDA ƏTRAFLI MƏLUMAT

TEST-DRAYV VƏDİMİZ

Lexus-un unudulmaz test-drayvından keyf alın. Avtomobili, yeri və uzunluğu seçin. 

DİGƏR MODELLƏR

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az