YÜKSƏK MÖHKƏMLİYƏ MALİK KORPUS
LC-nin dinamik idarəetmə xüsusiyyətləri çox güclü kuza çərçivəsinə və yeni yüngülləşdirilmiş asqı komponentlərinə əsaslanır. LC-nin deformasiyaya uğramayan hissələri son dərəcə yüksək möhkəmliyə malik poladdan hazırlanır, qapı, yük yeri və kapot üçün yüngül alüminiumdan, dam və qapı çərçivələri kimi komponentlər üçün isə karbon liflə möhkəmləndirilmiş güclü və yüngül plastikdən istifadə olunur. Bu sərt şassi, eləcə də aşağı ağırlıq mərkəzi və çəkinin demək olar ki, mükəmməl paylanması LC-yə zərgər dəqiqliyi ilə manevr etmək imkanını verir.