ƏLAQƏ YARADIN

LM 4 Seater Black

Universal 5 qapılı

Lexus LM
4X4
2.5L Hibrid TNGA HV 25H-
Lexus LM
Sonic White çalarlı ağ (085)

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/compare-v2/az/az

Əsas xüsusiyyətlər

Lexus LM

QÜVVƏTLİ LEXUS SİMASI

Öndə Lexus-un cəsarətli firma imzalı radiator barmaqlığı ilə yanbayan LM 350h-in cəlbediciliyini vurğulayan daha iti üçqat ön LED faralar yerləşir. Yandan tündləşdirilmiş dayaqlar pəncərələri, sahəni və axıcı xətləri vurğulayır. LM-in uzun təkər bazası və 19 düymlük yüngül lehimli döymə disklər əlavə dinamizm qatır. Arxada Lexus-un səciyyəvi “L” formalı LED faraları və yeni “LEXUS” nişanı yollarda avtomobilin futuristik mövcudluğunu önə çəkir. “Sonic White”, “Sonic Titanium”, “Graphite Black” və “Sonic Agate” kimi dörd eksteryer rəngi bu avtomobilin əzəmətini zövqlü bir şəkildə ifadə edir. Solda və sağda arxa oturacaq sırasında havalı görünüş hissini daha da gücləndirən şüşə damlar təklif olunur.
Lexus LM

4-YERLİ ŞƏXSİ SÜRÜCÜLÜ

Avanqard üslublu qonaq otağı kimi rahat və eyni zamanda mobil ofis kimi praktik olan 4-yerli LM modeli unikal havalı “lounge” atmosferinə sahibdir. Əl ilə tikilmiş dəri oturacaqlar sensorlu idarəetmə panelləri və Lexus emblemi həkk olunmuş boyunaltılarla təchiz edilib. “Smart refresh” texnologiyalı arxa oturacaqlar oxuma lampaları və qatlanan masalarla təchiz edilib. Havalandırılan/qızdırılan oturacaqlar həmçinin birinci və ikinci sıralarda da mövcuddur, qapı və pəncərələrdəki günəş pərdələri isə sərnişinlərin özlərini avtomobildə rahat hiss etmələrini və təkliyə çəkilə bilmələrini asanlaşdırır. Yuxarıda yerləşən idarəetmə panelindən istifadə etməklə sürücünüz sürüşüb açılan qapıları və arxa qapını idarə edərək sizi zərif qonaqpərvərliklə qarşılaya bilər.
Lexus LM

4-CÜ NƏSİL ÖZ-ÖZÜNÜ DOLDURAN HİBRİD SİSTEMİ

İstənilən sürmə situasiyasında rahatlıq və əminlik verən LM 350h modeli 2,5 litrlik benzin mühərrikindən və elektrik motordan güc alan, öz-özünü dolduran, 250 DIN at gücünü (184 kVt) qüsursuz şəkildə təmin edən hibdriddir. Nəticədə cəmi 8.7 saniyə ərzində saatda 0-dan 100 km-ədək sürətlənmə, eləcə də üstün effektlivlik əldə olunub. Hərəkət zamanı, yerindən tərpənmə və ya tormozlama zamanı sistem şarj olunduğu üçün, hər zaman müstəsna məsafə ehtiyatınız olacaq.

LM Qallereyası

360°-DƏ KƏŞF ET

Tam ekran Bağla