POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/equipment-standard/az/az?modelId=569980ce-03f2-4c1e-a11e-d59bf41c9fe2&carId=ce5936df-f2b8-48a0-88bb-f1a58cbc910f&carColourId=2d19b703-ff73-4d2b-b664-cc87acf03655
Read timed out
POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/equipment-optional/az/az?modelId=569980ce-03f2-4c1e-a11e-d59bf41c9fe2&carId=ce5936df-f2b8-48a0-88bb-f1a58cbc910f&carColourId=2d19b703-ff73-4d2b-b664-cc87acf03655
Read timed out
POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/equipment-optional/az/az?modelId=569980ce-03f2-4c1e-a11e-d59bf41c9fe2&carId=ce5936df-f2b8-48a0-88bb-f1a58cbc910f&carColourId=2d19b703-ff73-4d2b-b664-cc87acf03655
TEXNOLOGIYA
UZAQDAN SENSOR İDARƏETMƏ
Mərkəzi multimedia ekranını bir toxunuşla idarə edin. Erqonomik dizayna malik Uzaqdan sensor idarəetmə kompüter mausu kimi asanlıqla istifadə edilir və əlin yaxınlığında yerləşdirilib.
LEXUS PREMİUM NAVİQASİYA
Lexus Premium Naviqasiya zəngin 3D qrafikası, maraqlı yerləri və xəritənin müxtəlif parametrləri ilə sizi təyinat məntəqənizə aparır, hətta avtomobili dayandırdıqdan sonra telefonunuza piyada marşrutunuzu göndərir.
TƏHLÜKƏSIZLIK
Toqquşma Əleyhinə Sistem (PCS)
PCS irəlidə olan digər nəqliyyat vasitələri və qarşıda potensial başvermə ehtimalı olan toqquşma barədə sizə xəbərdarlıq edir ki, siz ehtiyat tədbiri görə biləsiniz. Əgər sürücü vaxtında reaksiya verə bilmirsə, sistem zədənin effektini azaltmaq üçün əyləclər və sükan nəzarətləri tətbiq edəcək.
Zolaqdan Çıxma Xəbərdarlığı (LDA) və Zolaqda Qalma Köməkçisi
LDA avtomobil istiqamətini dəyişəndə yüngülcə titrəməklə və sizi yolunuza qaytarmaq üçün xəbərdarlıq yönümlü səs və işıq bildirişləri göndərməklə sizi zolaqda saxlamağa kömək edir.
Görünməyən zonalara nəzarət si̇stemi̇
Görünməyən Zonalara Nəzarət Sistemi yolda çevikliyinizi artırır, beləliklə siz növbəti manevr üçün həmişə hazırsınız. Görünməyən Zonalara Nəzarət Sistemi daha rahat zolaq dəyişikliklərindən zövq almağınız üçün idarəetmə anlayışınızı təkmilləşdirmək və sizi azad etmək məqsədilə sürücüləri digər nəqliyyat vasitələrinin mövqeləri haqqında daha dəqiq təəssüratla təmin edir.
Avtomatik Uzaq İşıqları (AHB)
Tənzimlənən LED Adaptiv uzaq işıq sistemi Lexus avtomobilinizin digər yol hərəkəti iştirakçılarının gözünü qamaşdırmasına imkan vermir. Fənərlərdəki sərbəst LED çiplər işıqlandırılmış və işıqlandırılmamış sahələrə daha yaxşı nəzarət etmək üçün aktiv/deaktiv olur.