ƏLAQƏ YARADIN
Tam yeni Lexus RX diqqət mərkəzində və öndə olmağı sevənlər üçün yaradılmış cəsur dəbdəbəli SUV dizaynı ilə ilk baxışdan özünə aşiq edir. Elektrikli güc və qərarlılığı hər tərəfdən bəlli olan bu model sürücümərkəzli “Tazuna”kokpiti və dəridən istifadə olunmamış opsional salon. Valeh olmaq hissini tam anlamı ilə yaşamağın nə olduğunu bilmək üçün, sadəcə yeni RX 450h+ Plug-in Hibrid, RX 500h Yüksək Performanslı Hibrid və ya RX 350h öz-özünü şarj edən hibrid avtomobilini sürmək kifayətdir.
  • RX 450h+ MODELİNDƏ SƏRHƏDLƏRİ AŞ

    Tamamilə yeni Lexus RX 450h+ Plug-In Hibrid avtomobilində daha çoxuna qadirsən. Dəbdəbəli SUV sürmə təcrübəsi üçün mükəmməl seçim.                                                                                                                         

  • VENESİYA FİLM FESTİVALI

    2022-ci Venesiya Beynəlxalq Film Festivalında tam yeni dəbdəbəli SUV RX də daxil olmaqla,  Lexusun elektrikli modelləri möhtəşəm yer aldı.                                                               

  • YENİ DÖVR LEXUS DİZAYNI

    Lexusun yeni dövr dizaynı tam yeni dəbdəbəli SUV RX-də uzadılmış kapot, relyefli qapılar, daha geniş təkər çənbərləri və yeni “barmaqlıq korpusu” ilə əks olunub.

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

5 Seçimlər

Heç bir nəticə tapılmadı

  • RX - 2.4T Comfort - SUV 5 Qapılı

    RX 2.4T Comfort

    SUV 5 Qapılı

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X4
  • RX - 2.4T Executive - SUV 5 Qapılı

    RX 2.4T Executive

    SUV 5 Qapılı

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X4
  • RX - Hybrid Comfort - SUV 5 Qapılı

    RX Hybrid Comfort

    Hibrid
    SUV 5 Qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • RX - Hybrid Luxury - SUV 5 Qapılı

    RX Hybrid Luxury

    Hibrid
    SUV 5 Qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • RX - Hybrid Executive - SUV 5 Qapılı

    RX Hybrid Executive

    Hibrid
    SUV 5 Qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4

TEXNİKİ GÖSTƏRİCİLƏRİ

  • SON DƏRƏCƏ GÜCLÜ PLATFORMA

    GA-K platformamız əsasında qurulan yeni RX genişləndirilmiş təkər bazası ilə yanaşı, dayanıqlılığı artırmaq üçün əlavə köndələn tirlər də təmin edilib. Bu əlavə möhkəmlik sayəsində Lexus mühəndisləri asqını daha dəqiq tənzimləyərək, həm performansı, həm də rahatlığı artırmağa nail olublar. Bu yeni platforma əvvəlkindən 90 kq yüngüldür, ağırlıq mərkəzi isə daha aşağıdır.  Ümumi uzunluq dəyişməsə də, təkər bazası 60 mm uzadılıb, bu isə döndərmə momentinin azaldılmasına imkan vermişdir, sağ və sol təkərlər arasındakı daha böyük məsafə və daha böyük təkər radiusu daha möhkəm duruşu və yol səthi ilə daha yaxşı ilişməni təmin edir.

  • DIRECT4 / E-FOUR GÜC İDARƏETMƏ SİSTEMİ

    RX 500h modelində gücün verilişi Lexusun eksklüziv intiqal texnologiyası olan DIRECT4 ilə idarə olunur. Bu yeni sistemi yoldakı vəziyyətdən asılı olaraq, güc və burucu momenti ön və arxa oxlar arasında hər hansı mexaniki sistemin edə biləcəyindən daha dəqiq şəkildə daima paylayır, tarazlayır. Sürücüyə yolu daha çox hiss etməsinə imkan verən “DIRECT4” yüksək sürətdə daha yaxşı idarəetməni və mükəmməl sürmə dinamikasını təmin edir. Yeni RX 350h və RX 450h+ modellərinin E-FOUR elektrikli tam intiqal sistemi 40 kVt-lıq arxa elektrik motorun hər zaman işçi vəziyyətdə olmasını nəzərdə tutur və daha yaxşı burucu moment və dartı qüvvəsini təmin edir.

  • ADAPTİV DƏYİŞƏN ASQI*

    Performansında əhəmiyyətli yüksəlişə nail olan RX-in yeni çoxlingli arxa asqısı üstün yan sabitliyi təmin edir və şaquli yellənmənin qarşısını alır.  Daha yüksək burucu moment səviyyələrinə davamlı olan bu sistem, eyni zamanda, səs-küy, vibrasiya və sərtlik səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır.  Sürətli döngələrdə sürmə xüsusiyyətlərini və idarəetməni yaxşılaşdırmaq üçün xüsusilə tənzimlənmiş Adaptiv Dəyişən Asqı (AVS) dörd təkərin dördündə də dempferləmə qüvvəsini idarə edir.


    *Yalnız RX 500h modelində, eləcə də RX 450h+ and RX 350h modellərinin “Luxury” komplektasiyasında mövcuddur.

Son dərəcə sakitliyi və  ümumi CO2 emissiyalarının 1,1 - 1,2 q/km qədər aşağı səviyyədə olması ilə  RX 450h+ Lexus Plug-in Hybrid  avtomobili “kompromissiz” elektrik avtomobil plankasını yüksəldir.  309 DIN at gücünə sahib, dört silindirli 2,5 litrlik benzin mühərrikini motorla/generatorla və 18.1 kVt/saatlıq litium-ion batareyası ilə birləşdirən genişhəcmli “plug-in hybrid” sistemi sahəsində 6,5 saniyədə 0-100 km/saat qədər həyəcanverici sürətlənmə təklif edir.  Öz sinfində lider olan RX 450h+ modelinin elektromobil rejimində qət edə biləcəyi məsafə 69 km-ədək (qarışıq dövr, şəhərdə isə 90 km-ədək), sürəti isə saatda 135 km təşkil edə bilir.

Yüksək məhsuldarlıqlı elektrik göstəricilərinə malik bu gözqamaşdırıcı yeni RX 500h Performance Hybrid, Lexus un ilk turboşarjlı hibrididir. 2,4 litrlik turbomühərrik ve 6-sürətli avtomatik transmissiyadan ibarət tam yeni hibrid arxitekturasının təmin etdiyi 371 DIN a.g. (273 kVt) ilə 6,2 saniyə ərzində saatda 0-dan 100 km sürətədək çataraq başgicəlləndirici performans nümayiş etdirir.  Yol ilə sükan arasında daha çox hissiyyat yaradan  DIRECT4 intiqal gücü texnologiyası hətta yüksək sürətdə inanilmaz idarəetmə sabitliyini təmin edir.

İstənilən sürmə situasiyasında rahatlıq və əminlik verən RX 350h modeli 2,5 litrlik benzin mühərrikindən və elektrik motordan  güc alan, öz-özünü şarj edən, 250 DIN at gücünü (184 kVt)  qüsursuz şəkildə təmin edən hibdriddir.  Nəticədə 144-145​ q/km səviyyəsində CO2 emissiyası və 6,3 - 6,4 l/100 km yanacaq sərfi ilə əldə edilən üstün məhsuldarlıqla yanaşı 7,9 saniyə ərzində saatda 0 - 100 km sürətlənməyə nail olunur.  Avtomobili sürərkən, enişdə ətalətlə gedərkən və ya əyləcləyərkən sistem şarj aldığı üçün yanacaq doldurmadan qət edilə bilən məsafənin verdiyi müstəsna zövqü ala biləcəksiniz.

TƏHLÜKƏSİZLİK

  • ÜÇÜNCÜ NƏSİL LEXUS SAFETY SYSTEM+

    Yeni RX-də yüksək təhlükəsizlik səviyyəsi üçün yenilənmiş və əlavə funksiyaların da daxil olduğu üçüncü nəsil “Lexus Safety System+”  sistemində birləşmiş qabaqcıl aktiv təhlükəsizlik və sürücüyə yardım texnoligiyalarından istifadə olunur.  Bunlar arasında sükan dəstəkli “Proactive Driving Assist” sistemi ve sürücünün yorğunluq və ya diqqətinin yayınma əlamətlərini yoxlayan yeni Sürücü Monitoru yer alır. Bundan əlavə, “Proactive Driving Assist” sistemi  əyilmə bucağını müəyyən etmək üçün ön kameradan istifadə edir və döngəyə yaxınlaşdıqda sükan gücünü tənzimləyir.

  • TƏKMİLLƏŞDİRİLMİŞ “ÖN TOQQUŞMA XƏBƏRDARLIĞI” SİSTEMİ

    Təkmilləşdirilmiş “Ön Toqquşma Xəbərdarlığı” sistemi gündüz vaxtı motosikletləri tanıya bilir və sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir.  Yol kəsişmələrində dönmə zamanı da qarşıdan gələn nəqliyyat vasitəsi və ya yolu keçən piyada ilə toqquşma risklərini də müəyyən edə bilir.  Zərbələri önləmə qabiliyyəti qəza situasiyaları üçün nəzərdə tutulmuş sükan idarəetməsi yardımı ilə gücləndirilir.

  • DİNAMİK RADARLI KRUİZ-KONTROL

    Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, RX də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Trace Assist” (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir. Dinamik radarlı kruiz-kontrol, həmçinin yanaşı zolaqla daha yavaş hərəkət edən avtomobil ilə toqquşmanın qarşısını alır.

Ən son Maneə tanıma sistemi ilə təchiz edilmiş bu avtomobilin aparıcı Aktiv sükan idarəetmə yardımı ilə təmin edilmiş yeni “Proactive Driving Assist” texnologiyası piyadalar və öndəki obyektləri izləyir, təhlükəsiz məsafəni qorumaq üçün sükan və əyləclərə proaktiv nəzarəti həyata keçirir.  Bundan əlavə “Yavaşlama Köməkçisi” zəruri hallarda daha yumşaq və təhlükəsiz yavaşlamaya imkan verir.  Sistem, həmçinin öndəki döngələri müəyyən edir və təhlükəsiz və dəqiq sükan idarəetməsini təmin etmək üçün sükanı tənzimləyir.

Qabaqcıl uzun uşıqların adaptiv idarəetmə sistemi (AHS)BladeScan® , ənənəvi LED işıqlarla müqayisədə daha geniş görmə sahəsini təmin edir.  12 LED-dən gələn işığı dəqiqədə 6000 dövr sürətilə fırlanan ülgüc formalı güzgüyə istiqamətlənir və sonra faranın geniş işıq axınının yaratmaq üçün linzadan keçir. Əsaslı sınaqlar, piyadaların və yol nişanlarının daha erkən və digər sürücülərin gözlərinə işıq salma riski olmadan görülə biləcəyini göstərmişdir.

Salonun son dərəcə möhkəm təhlükəsizlik karkasından əlavə olaraq sərnişinlərin mühafizəsi 12 SRS təhlükəsizlik yastığı ilə daha da gücləndirilmişdir. Yeni RX-də sürücü üçün iki mərhələdə işə düşən frontal yastıq, sürücünün dizlərini qorumaq üçün təhlükəsizlik yastığı, ön sərnişin üçün frontal təhlükəsizlik yastığı, sürücü ilə ön sərnişin arasında mərkəzi təhlükəsizlik yastığı, ön oturacaqlarda yerləşən yan təhlükəsizlik yastıqları və salonu hər iki tərəfdən əhatə edən təhlükəsizlik yastıqları mövcuddur.

CƏSUR DİZAYN

  • YÜNGÜL LEHİMLİ DİSKLƏRİN YENİ DİZAYNI

    “Luxury” komplektasiyası üçün yaradılmış 21 düymlük 20 oxlu disklər parlaq metal işləmə və üzərinə işlənmiş detalları ilə yeni RX-in görünüşünə qüsursuz fərqlilik verir.

  • BARMAQLIQ KORPUSU/FİRMA İMZASINI DAŞIYAN QƏFƏS / ÜÇLÜ LED İŞIQLAR

    Elektrikləşmə tendensiyasını mənimsəyərək dizaynerlər yeni “barmaqlıq korpusu” şəklindəki dizaynı ən yeni RX modelində tətbiq etmək vəzifəsinin öhdəsindən uğurla gəliblər.  Bunun sayəsində elektrikli güc və aşağı ağırlıq mərkəzi hissini ifadə edən firma imzalı qəfəsin dizayn konsepsiyasının inteqrasiyasını  daha da yaxşılaşdırmışdır. 

    Daha kompakt və zərif işıqlar, hava girişlər və ya sağ və sol təkərlər arasındakı daha böyük məsafə (15 mm) möhkəm və özündən əmin görünüşü daha da vurğulamışdır.  Daha zərif, daha kəskin və daha üfüqi 3-projektorlu LED işıqlar uzaq işıqların adaptiv idarəetmə sistemi BladeScan® ilə incə dizaynın son dərəcə fərqliliyini üzə çıxarır.

  • LEXUS İMZALI ARXA TƏRƏF DİZAYNI / ELEKTRİK İDARƏETMƏLİ ARXA QAPI

    Arxa hissədə yeni Lexus imzalı xüsusi L-şəkilli  işıqlandırma dizaynı RX-in bütün enini əhatə edərək diqqətləri üzərinə cəlb edir. Arxa tərəfin bu vahid işıqlandırması avtomobilin simvolik formasını vurğulayır, sol və sağ təkərlər arasındakı daha geniş məsafə isə (+65 mm) avtomobilin özündən əmin duruşu ilə yollarda seçilməsinə səbəb olur.  Yenilənmiş LEXUS loqosu daha müasir və asanlıqla tanına bilən görünüşü ilə yük yerinin qapısının mərkəzində yer almışdır.

    Asan yükləmə və boşaltma üçün son dərəcə sürətlə işləyən və cəld reaksiya verən uzaqdan idarəetməli yük yeri qapısı rahatlığı təmin edir, xüsusilə də alış-verişdən sonra avtomobilə əlidolu yaxınlaşdıqda. Açarı cibinizə və ya çantanıza qoyun və sonra sadəcə ayağınızı bir qədər arxa bamberin altına yaxınlaşdırıb, yük yerinin qapısını asanlıqla açın.

Kokpiti daha da sürücümərkəzli etmək üçün, Lexus, “Tazuna” kokpit dizaynını işləyib hazırlamışdır. “Tazuna” yapon dilində “cilov” mənasını daşıyır. Bu dizayn birbaşa və eyni zamanda, intuitiv idarəetməni  nəzərdə tutur.  Muldimedia ekranı, çoxfunksiyalı displey, proyeksiyalı displey elə qruplaşdırılmışdır ki, təqdim olunan məlumatı göz və başın minimal hərəkəti ilə oxumaq mümkündür.  RX-in dizaynerləri ən keyfiyyətli materiallardan istifadə edərək daxili məkanın minimalist və eyni zamanda, intuitiv olaraq aydın və düşünülmüş olmasına nail olmuşlar. Əsas xüsusiyyət ondan ibarətdir ki, ekoloji təfəkkürlü istehlakçıların artan tələbatına cavab olaraq, modelin salonda dəri üzlükdən istifadə olunmamış versiyası mövcuddur.  “Comfort” komplektasiyasında həm oturacaqlar, həm də sükan və ötürmələri keçirmə dəstəyi yüksək keyfiyyətli süni “Tahara” materialı ilə örtülüb.

Yeni Lexus RX-in 64 fərqli rəng seçimini təklif edən  fon işıqlandırmasını öz əhvalınıza uyğun olaraq tənzimləyə bilərsiniz.“L-finesse” dizayn fəlsəfəsinə əsaslanaraq, Lexusun interyer dizaynerləri tərəfindən insanların gözəl təbiət hadisələrinə baxdıqda yaşadığı müxtəlif emosional halları əks etdirən 4 rəng təklif edilmişdir.  Fon işıqlandırmasının rəngləri "Omotenashi" qonaqpərvərlik  fəlsəfəsinin ruhunu ötürmək və aşağıdakı temaları yaratmaq üçün nəzərdə tutulub:

  • Sağalma: Sakit çalarlar, yaşıl təbiətin enerjisi ilə yaşama gücü ve dinamizminin birlikdə var olduğu "sağaldıcı" ab-hava yaradır.
  • Rahatlama: İsti çalarlar həyat sevinci ilə dolu və günəş işığının keçidləri və Yerin ürək döyüntüləri ilə harmoniyada “rahatladıcı” ab-hava yaradır.
  • Oyanma: Ağ çalarlar, gün ərzində canlandırıcı günəş işığının beyini yumşaq bir şəkildə “oyandırıcı” ab-hava yaradır.
  • Fokuslanma: Mistik soyuq çalarlar “diqqəti cəmləmə” üçün uyğun ab-hava yaradaraq zamanın keçdiyini və təbiətin keçici halları haqqında xatırladır.
  • Canlanma: Saf od tonları sürücüyə “canlandırıcı” enerji verir və yanıb-sönən alovlu ab-hava yaradır.

İNNOVATİK TEXNOLOGİYA

  • 21 DİNAMİKLİ "MARK LEVINSON"* AUDİOSİSTEMİ

    RX-in, demək olar ki, səssiz salonu, yeni 21 dinamikli “Mark Levinson Premium Surround” audiosistemi için mükəmməl bir atmosferi təmin edir.  Yüksək səviyyəli komplektasiyalarda standart olan və "Lexus"un sadiq tərəfdaşı tərəfindən hazırlanan bu xüsusi audiosistemi avtomobilin daxili arxitekturasına uyğun optimallaşdırılmışdır.

    Yeni “3D Mark Levinson Surround” audiosistemi və "Quantum Logic Immersion"dan istifadə edərək tayı-bərabəri olmayan  7.1 kanallı ev kinoteatrı təcrübəsini təqdim edən ClariFi, müstəsna səs keyfiyyəti üçün  səs mənbəyini analiz edir və itmiş məlumatları tamamlayır.  Konsert zalının akustik təcrübəsini  daha da gücləndirən yük yerindəki 22 sm-lik sabvufer, orijinal musiqinin atmosfer və həcmini canlı olaraq ifadə edə zəngin və güclü səs yaradır.

    *Yalnız RX 500h modelində, eləcə də RX 450h+ and RX 350h modellərinin “Luxury” komplektasiyasında mövcuddur

  • RƏQƏMSAL PANORAMA EKRANI

    Rəqəmsal panorama ekranı  dar yerlərdə daha rahat sürmə üçün nəzərdə tutulub və avtomobilin ətrafının canlı 360° görünüşünü və avtomobilin altının qabaqcadan yazılmış görüntüsünü təmin edir.Bundan əlavə, ekrandakı yardımçı istiqamətləndiricilərlə və avtomobilin yuxarıdan görüntüsü ilə yaxın məsafədən manevr etməyə yardım etmək üçün RX-inizin virtual 3D təsvirini yaradır və aşağıdakı xüsusiyyətləri təklif edir:

    • Yan ara məsafənin görünüşü dar yolda başqa avtomobili keçən zaman ara boşluğu yoxlamanıza kömək edir.
    • “Dönmə zamanı görünüş” rejimi təsadüfən səkinin üzərinə çıxmanızın qarşısını alır.
    • “Öndəki kəsişən hərəkət haqqında xəbərdarlıq” avtomobilin önündən və yan tərəflərindən yaxınlaşan avtomobillər və maneələr haqqında xəbərdar edir.
    • Ön toqquşma xəbərdarlığı və parklanma zamanı əyləcləmə sistemi mümkün toqquşma haqqında xəbərdarlıq edir və hətta önləyici tədbir görür.
    • Kobud səthli yollarda hərəkət zamanı bu sistem avtomobilin altında nələrin baş verdiyini görməyə imkan verərək avtomobili idarə etmənizi asanlaşdırır.
  • AVTOMOBİLDƏN TƏHLÜKƏSİZ ÇIXIŞ SİSTEMİ

    RX modelinin “e-Latch” elektron giriş və çıxış sistemi avtomobilin kor nöqtə zonalarına nəzarət sistemi ilə bağlıdır.  Avtomobildən təhlükəsiz çıxış üçün nəzərdə tutulmuş xüsusi sistemi arxadan yaxınlaşan avtomobillər və ya velosipedləri müəyyən edərək risk hallarında sərnişinləri xəbərdar edir. "Lexus"un mütəxəssislərinin hesablamalarına görə, bu  sistem qapıların açılması ilə əlaqəli bədbəxt hadisələrin 95%-dən çoxunun qarşısını ala bilər.

Avtomobilin parametləri birbaşa olaraq ön pəncərəyə rənglərlə əks etdirilir. Bu 10 düym diaqonallı proyeksiya displeyi sürücüyə naviqasiya məlumatlarını, təhlükəsizlik sisteminin məlumatlarını, avtomobilin iş parametrləri və audiosistemin parametrləri kimi müxtəlif məlumatları gözünü yoldan ayırmadan əldə etməyə imkan verir. Sükan üzərindəki sensorlu düymələr sayəsində istifadəsi çox asandır.

TEST-DRAYV

Lexus-un unudulmaz test-drayvından keyf alın.

DİGƏR MODELLƏR

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az?model=ue%2Cnx%2Crx%2Crxl