1. New Cars
  2. GX World Premiere
ƏLAQƏ YARADIN
ÇƏTİN YOL DƏBDƏBƏSİ

LEXUS -GX-in DÜNYA PREMYERASI

1989-cu ildə ilk buraxılışından etibarən Lexus daima müştərilərini yeni dəyərlərlə qovuşdurmaq üçün texnologiya və dizaynın sərhədlərini genişləndirərək innovasiyalara imza atmışdır. Bu yenilikçi ruhun ən son təzahürü olan tam yeni GX modeli həqiqi yolsuzluq imkanlarına malik premial tam intiqallı modeldir.

  • Yeni GX müstəsna yolsuzluq performansını Lexus-un incəliyi ilə birləşdirə bilən və yolda yarana biləcək bütün şəraitlərdə etibarlı tərəfdaşdır
  • Yeni qlobal GA-F platforması və klassik çərçivə dizaynı yüksək daxili gücü və avtomobilin yolda sürətli reaksiyasını təmin edir
  • Daha güclü xarici dizaynı GX-in möhkəm xarakterini nümayiş etdirir
  • “Tazuna” fəlsəfəsinə əsaslanan kokpit  konsepti sürücü üçün əla görmə sahəsini və idarəetmə vasitələrinə və məlumatlara  intuitiv çıxışı təmin edir
  • Geni yük yerinə malik açıq, müasir və sakit interyer dizaynı
  • Yeni 3,5 litrlik V6 tvinturbo mühərriki əhəmiyyətli dərəcədə daha gücü və burucu momenti təmin edir
  • 3,5 tona qədər yedəkləmə qabiliyyətinə malik olmaqla sinfinin ən yaxşısıdır
  • GX cərgəsinə avtomobilin yolsuzluq qabiliyyətini artıran dizayn və xüsusiyyətlərə malik yeni Overtrail modeli daxildir
  • Lexus GX-in Şərqi Avropa bazarlarında satışı 2024-cü ilin əvvəlində başlayacaq
TAM YENİ LEXUS GX

ÇƏTİN YOL DƏBDƏBƏSİ

Yeni GX sıfırdan yaradılıb və avtomobilin məqsədyönümlülüyünü və ən çətin vəzifələrin öhdəsindən gələ bilmə qabiliyyətini əks etdirən daha güclü və möhkəm görünüşlü eksteryer dizaynına malikdir.  Lexus-un “Yeni Dövr” dizaynının prinsipləri sərt yolsuzluq şəraitlərinin tələblərinə cavab vermək üçün uyğunlaşdırılmışdır.  Salonun atmosferi isə, bunun əksinə, müasir, açıq və sakit olmaqla yanaşı, “Tazuna” fəlsəfəsinə əsaslanır və sürücü üçün daha yaxşı görmə sahəsini təmin edir. ,

EKSTERYER

HƏQİQİ YOLSUZLUQ AVTOMOBİLİ PROPORSİYALARI

Yeni GX həqiqi yolsuzluq avtomobilinin proporsiyalarına malikdir.  GX modelinin yaradılmasında dizaynerlər komandasının məqsədi yolsuzluq avtomobilinin gediş xüsusiyyətlərini əks etdirmək olmuşdur.  Avtomobilin geriyə çəkilmiş ön dayaqlarına, genişləndirilmiş qanadlarına və pəncərə xəttinin aşağıda yerləşməsinə baxdıqda bunu daha aydın görmək mümkündür.  Dizaynerlərin əldə etmək istədiyi effekt isə sanki bütöv metal parçasından kəsilmiş avtomobil görünüşüdür.

Ümumilikdə, GX modeli hazırda mövcud olan modeldən daha uzun və genişdir, təkər bazası daha uzundur, lakin ümumi hündürlüyü bir qədər azaldılmışdır.
+B37
Kapotun qalın kvadrat forması avtomobilin möhkəmliyini daha da vurğulayır, mərkəzi hissənin daha alçaq olması isə sürücünün ön küncləri yaxşı görməsinə və beləliklə, daha əmin manevr etməsinə kömək edir.  Daha qısa ön sallanma sayəsində GX modeli dik yamacları keçmək üçün daha yaxşı bucağa malikdir. 
EKSTERYER

UNİKAL DİZAYN

GX üçün xüsusilə yaradılmış radiator qəfəsi çarpaz struktura malikdir və ban rənginə boyanan aşağı qoruyucu panel ilə birləşir.  Radiator qəfəsinin güclü görünüşü banın seçilən və möhkəm “miləoşxar” formasını vurğulayan xətlər yaradır.  Həm qəfəs, həm də faralar yolsuzluq şəraitində hərəkət zamanı maneələrlə toqquşmaya yol verməmək üçün mümkün qədər hündürdə yerləşir. Həmçinin radiatorun soyuducu kanalları da daha yaxşı iş göstəricilərini təmin etmək üçün hündürdə yerləşir.  

Avtomobilin arxa hissəsində Lexus-un lampaları hündürdə yerləşən L-şəkilli işıq paneli yer aldığına görə, GX-i yolsuzluq şəraitlərində hərəkət zamanı digər avtomobillərdən asanlıqla seçmək olur.
GÜC QURĞUSU

SİNFİNİN APARICI YEDƏKLƏMƏ QABİLİYYƏTİNƏ MALİK YENİ V6 TURBO MÜHƏRRİKİ.

GX yeni 3.5-litrlik V6 turbo mühərriklə təchiz edilib.  Mövcud 4.6-litrlik V8 mühərriki ilə müqayisədə daha kiçik həcmə baxmayaraq, bu yeni mühərrik texnoloji və texniki həlləri sayəsində daha çox gücü və burucu momenti təmin edir.  Maksimal gücü V8-in  296 DIN a.g./218 kVt gücü ilə müqayisədə 354 DIN a.g./260 kVt təşkil edir, maksimal burucu momenti isə demək olar ki, 50% yüksəkdir və 438 Nm-dən 650 Nm-yə yüksəlmişdir.  

Bu güc səviyyəsi və burucu moment bu avtomobilin sinfində ən yaxşı yedəkləmə qabiliyyətinə malik olmasını təmin edir.  Yeni GX 3500 kq-dək ağırlığı darta bilir, bu isə, məs., 13 nəfərlik qayığın və ya yük avtomobilinin yedəklənməsi üçün kifayətdir.
GÜC QURĞUSU

DIRECT SHIFT 10 MƏRHƏLƏLİ AVTOMATİK TRANSMİSSİYA

Mühərrik əvvəlki 6 mərhələli transmissiyanı əvəz etmiş 10 mərhələli avtomatik DIRECT SHIFT transmissiyası ilə işləyir. Transmissiya güclü və ardıcıl sürətlənmə hissini ötürmək və sürücünün sürətlənmə pedalından istifadəsinə dərhal cavab vermək  üçün tənzimlənib. Müştərilər də V6 mühərrikinin daha sakit işini qiymətləndirəcəklər.
DİNAMİK XÜSUSİYYƏTLƏR

LEXUS-a MƏXSUS ZƏRAFƏTLƏ TƏQDİM OLUNAN GÜC VƏ TƏHLÜKƏSİZLİK

Yeni GX Lexus-a məxsus zərafətə malik ciddi yolsuzluq avtomobilidir.   Onun əsas gücü yeni qlobal GA-F platforması və banın möhkəm çərçivə konstruksiyasındadır.  Bu xüsusiyyətlər ona mürəkkəb yolsuzluq şəraitlərinin öhdəsindən gəlməyə və Lexus-un sürmə imzasının idarəetmə, rahatlıq və əminlik kimi xüsusiyyətlərini, tarazlanmış, sabit və hamar sürmə keyfiyyətləri ilə birgə qorumağa imkan verir.

Yolsuzluq xüsusiyyyətlərinə gəldikdə isə, “aşağı sürətdə hərəkət sənətinə” yiyələnmək yolunda geniş nailiyyətlər əldə olunmuşdur və modelin imkanları dizayn həlləri və yeni və təkmilləşdirilmiş texnologiyalardan istifadə sayəsində gücləndirilmişdir.  Yolsuzluq funksiyaları ilə qabaqcıl texnologiyaların birləşməsinə qarşı insanyönümlü yanaşma GX modelinin sükanı arxasında intuitiv idarəetməni və cəlbedici sürmə təcrübəsini təmin edir, çünki bu zaman yol səthinin vəziyyətindən asılı olmayaraq sürücü avtomobil ilə yol arasındakı dialoqdan həzz alır.  Avtomobilin yaradılması zamanı prototiplərinin sınaq sürüşündə iştirak etmiş peşəkar ralli sürücülərinin diqqət mərkəzində olmuşdur.
DİNAMİK XÜSUSİYYƏTLƏR

OPTİMALLAŞDIRILMIŞ ASQI

Ön və arxa asqı həm yolda, həm də yolsuzluq şəraitində hərəkət zamanı sabitliyi təmin etmək üçün optimallaşdırılmışdır.  Arxa tərəfdə asqının dəqiq tənzimlənməsi çuxurlar və oyuqlar üzərindən keçərkən zərbə hissini azaldır, ban konstruksiyasında isə birləşmələrin gücləndirilməsinin yeni metodlarından istifadə sürmə zamanı ən yaxşı hissləri təmin etməyə kömək edir.
DİNAMİK XÜSUSİYYƏTLƏR

SÜKANIN ELEKTRİK GÜCLƏNDİRİCİSİ

Sükanın elektrik gücləndiricisi aşağı sürətlərdə rəvan reaksiya üçün tənzimlənib və yüksək sürətlərdə sabitliyi təmin edir.  İdarəetmə dəqiqliyi banın sərtliyinin artırılması sayəsində yaxşılaşdırılmışdır. Buna daha güclü radiator və sükan dayaqları vasitəsilə nail olunmuşdur.  Sürücülər həmçinin sərt yollarda zərbənin nəzərəçarpan dərəcədə azaldılmasını və üçüncü nəsil “Lexus Safety System+”da yardım sistemləri tərəfindən təmin edilən əlavə sükan dəstəyini yüksək qiymətləndirəcəklər.
GX OVERTRAIL

DİQQƏT MƏRKƏZİNDƏ YOLSUZLUQ ŞƏRAİTİNƏ UYĞUN GÖSTƏRİCİLƏRİ VƏ ÜSLUBU DURUR

“Overtrail” - GX-in həqiqi yolsuzluq avtomobili xüsusiyyətlərinə yönəlik yeni üstün komplektasiyasıdır.  Üslubu, təchiz edilmiş avadanlığı və texnoloji xüsusiyyətləri  avtomobilin çətinkeçilən yolların öhdəsindən gələ bilmə potensialını gücləndirir və həyatında macəralara yer ayıran müştərilər üçün uyğundur.

Müstəsna 18 düymlük təkərləri, 20mm genişləndirilmiş protektoru, təkər qövslərinin qara moldinqləri, yan qoruyucusu və alümünium alt qoruyucuları sayəsində avtomobilin xarici görünüşü diqqətləri üzərinə cəlb edir.  Bu xüsusiyyətlər, sadəcə, xarici görünüşlə məhdudlaşmır və Lexus-un şin təchizatçıları ilə birlikdə bütün növ yolların tələblərinə cavab vermək üçün hazırlanmış şinləri ilə birlikdə  sürücüyə mürəkkəb marşrutlarda hərəkət zamanı əminlik hissi verir.

“Overtrail” komplektasiyasının bamper kənarları bir qədər yüksəldilib və sürücüyə maneələrin yanından keçmək üçün asanlıqla manevr etməyə imkan verir.  Lexus tərəfindən ilk dəfə təqdim edilmiş bu Elektron kinetik dinamik asqı sistemi (E-KDSS) son dərəcə nahamar səthdə hərəkət zamanı daha böyük təkər artikulyasiyası sayəsində əlavə dəstəyi təmin edir.  Bu sistem, həmçinin adi yollarda hərəkət zamanı banın əyilmə dərəcəsini azaldaraq daha sabit gedişi təmin edir.   

Avtomobilin ön hissəsində aksesuarların bərkidilməsi üçün nəzərdə tutulmuş ayrıca mərkəzi konstruksiya yerləşir.  GX üçün əlavə xüsusiyyətlərin geniş seçimi təklif edilir. Bu imkan avtomobilin sahibinə öz avtomobilini fərdiləşdirmək və onu açıq səma altında əyləncəli macəralar üçün uyğun şəkildə təchiz etməyə imkan verir.
İNTERYER

İSTƏNİLƏN SƏFƏRDƏ MÜASİR VƏ SAKİT

Yolun nə qədər çətin olduğundan asılı olmayaraq yeni GX modelinin içində atmosfer müasir və sakit qalır.  Lexus-un insanmərkəzli dizayn yanaşması insanların istənilən səfərdə özlərini rahat və təhlükəsiz hiss edə bilmələri üçün nəzərdə tutulub.

 

İNTERYER

TAZUNA TİPLİ KOKPİT

GX modeli “Tazuna” konsepsiyası ilə yaradılmış salonla təmin edilmiş ən son modeldir. Burada bütün idarəetmə elementləri və məlumat mənbələri sürücünün minimal əl və ya göz hərəkətini tələb edən yerdə yerləşdirilmişdir.  Bu dizaynın yaradılmasında dizaynerlər atlının atı cilovun köməyi ilə idarə edə bilməsini əsas götürmüşdür. Yapon dilində buna “Tazuna” deyilir.

Üfüqi cihaz paneli və alçaq yerləşən pəncərə xətti daha yaxşı görmə sahəsini təmin edir ki, sürücü avtomobilin yoldakı vəziyyətini daha yaxşı hiss edə bilsin.  İrəli çıxan 14 düymlük sensorlu ekran multimediya funksiyalarından aydın və asan istifadəni təmin edir.

Avtomobildə bel və çanaq ətrafında daha yaxşı dəstəyi təmin edən konstruksiyaya malik sürücü oturacağına xüsusi diqqət ayrılmışdır.  Oturacaq yastığının da quruluşu səfərin yorucu olmaması üçün onurğa sütununu və başı daha yaxşı dəstəkləyəcək şəkildə nəzərdə tutulmuşdur.
İNTERYER

UYĞUNLAŞMA İMKANI

GX-in interyerini müxtəlif şəraitlərə uyğunlaşdırmaq mümkündür. Salon beş və ya altı oturacaqlı şəkildə və ya arxa oturacaqları qatlayaraq 29 düymlük təkərləri olan velosipedi yerləşdirmək üçün konfiqurasiya edilə bilər.