Lexus International Lexus Dizayn Mükafatı 2019-un Qran Pri qalibini elan edib. Liza Marks “Alqoritmik Krujeva” dizaynı ilə dünya üzrə 65 ölkədən irəli sürülmüş ümumilikdə 1548 ideya arasında prestijli mükafatı qazandı.
Prototip Lexus brendinin daha yaxşı gələcəyə töhfə verən dizaynı dəstəkləmək arzusunu əks etdirir və Lexus-un təkamül və innovasiya dövründə insan yönümlülük həvəsi ilə səsləşir.
Münsiflər panelinə ilk dəfə qoşulan, beynəlxalq səviyyədə tanınan dizayner və texnoloq Con Maeda bu sözləri dedi: “Biz alqoritmlər haqqında fikirləşəndə, ağlımıza kompüterlər və yüksək texnologiyalı sənaye gəlir. Lakin alqoritmlər ilk dəfə XIX əsrdə parçalarda yeni estetik seçimləri həyata keçirmək vasitəsi kimi tekstil sənayesində istifadə edilib.
Liza Marksın “Alqoritmik Krujeva” layihəsi sadəcə həmin zəngin tarixi vurğulamır, həmçinin XVI əsrdə krujeva toxunması üçün istifadə edilən mürəkkəb naxışları istifadə edərək daha da irəli gedir. Marks mastektomiya əməliyyatı keçirərək sinə xərçənginə qalib gələnlər üçün unikal büstqalterləri əl ilə hazırlamaq üçün bu qədimi prosesdən təkmil üç ölçülü modelləşdirmə ilə birlikdə istifadə edir. Nəticə sağ qalan qadının bədən estetikasına müsbət təsir edən və onu tam fərdiləşdirilmiş strukturlu komfort ilə təmin edən funksiya və gözəlliyin kombinasiyasıdır.
Qran Pri qalibi Liza Marks mükafatını qəbul edərkən bildirdi: “Lexus bunu etməyə də bilər. O, bu layihə olmadan da uğurlu brenddir. Lakin bu, onun dizayna və daha yaxşı dünyaya sadiqliyini göstərir.” Qran Prinin qalib prototipi, digər beş Lexus Dizayn Mükafatı 2019 finalçısı tərəfindən yaradılmış prototiplər ilə birlikdə Milan beynəlxalq dizayn tədbirinin mərkəzi olan Tortona bölgəsində Milan Dizayn Həftəsinin Superstudio Più məkanında 9-13 aprel 2019-cu il tarixində “İşıq ilə Liderlik” adlı Lexus sərgisində nümayiş etdiriləcək.