-
-
London/Brüssel - Lexus dünyada premium sinfinə aid aparıcı avtomobil brendlərindən biri olaraq 2023-cü ildə ATP turunun rəsmi avtomobil tərəfdaşı və platin tərəfdaşı olmuşdur.
Uzunmüddətli əməkdaşlıq çərçivəsində Lexus əsas bazarlarda ATP turunun bütün tədbirlərində Rəsmi Avtomobil olaraq azarkeşlərin premial demoqrafik qrupunu cəlb edərək turnirlərlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirəcək. Buraya "Cinch Championships (Queen's)" və "Rothesay International (İstborn)" turnirləri daxil olmaqla Böyük Britaniyada Lexus ilə LTA arasındakı bu yaxınlarda elan edilmiş tərəfdaşlıq, habelə ABŞ-ın kişilər arasında torpaq kort üzərində tennis üzrə çempionatı (Hyuston) da daxil olmaqla "Fayez Sarofim & Co." ilə əməkdaşlıq daxildir. ATP və Lexus həmçinin bu mövsümün ATP turnirləri və oyunçuları ilə əlavə tərəfdaşlıq qurmaq üçün birlikdə işləyəcəklər.
Xüsusilə qeyd etmək lazımdır ki, 2023-cü ildən etibarən Lexus italiyanın Turin şəhərində 12 noyabr tarixindən 19 noyabr tarixinədək keçiriləcək "Nitto ATP Finals" turnirinin platin tərəfdaşı və rəsmi avtomobil tərəfdaşı olacaq. Burada tək və ikili komandalardan olan yalnız 8 ən yaxşı oyunçu prestijli titul uğrunda rəqabət aparacaq. Lexus turnir zamanı oyunçuların, rəsmi şəxslərin və digər qonaqların daşınması üçün yeni tam elektrikli Lexus RZ 450e daxil olmaqla elektrikləşdirilmiş modellərdən ibarət avtomobil parkını təqdim edəcək.
Lexus ATP turunun sürətlə genişlənən rəqəmsal və sosial platformalarında reklam yerləşdirmək imkanını, həmçinin azarkeşlərə ATP-nin Turda oyunçular arasındakı rəqabətlə yaxından tanış olmaq imkanı verən populyar interaktiv servisi olan “Head-to-Head (Opens in new window)”-də Baş Tərəfdaşlığı əldə edəcək.
Lexus premium sinfə aid avtomobillər sənayesində elektrikləşmənin önçülərindən biri olaraq “Lexus Electrified” adlandırılan ekoloji baxımdan məsuliyyətli hərəkət konsepsiyasını yaratmışdır. Brendin geniş elektrikləşdirilmiş avtomobillər portfoliosuna özü şarj olan batareyalı hibrid elektromobilləri, plug-in elektrikli hibridlər və tam elektrikli modellər daxildir.
2023-cü ildən başlayaraq bu cud modellərdən ATP turnirləri zamanı istifadənin dəstəklənməsi ATP turunun 2040-ci ilədək “Təmiz Sıfır” tullantı səviyyəsini hədəfləyən “ATP Serves” və “UN Sports for Climate Action” proqramları çərçivəsindəki iqlim ambisiyalarına cavab verir.
ATP Turu və Lexus brendləri innovasiya, performans və mükəmməllik axtarışının hekayəsidir. Bu axtarışlar “ATP Serves” proqramının məqsədlərinə tamamilə uyğundur.
Azarkeşlər və müştərilər bizim üçün hər zaman birinci yerdədir və hər iki brend unudulmaz təəssüratlar yaratmaq üçün çalışır. Lexus-u ATP Turunun platin tərəfdaşı olaraq görməkdən və ümumi ideyanı bizim qlobal platformalarımızda inkişaf etdirməkdən və qlobal pltformalarımızda bu ümumi ideyanı genişləndirməkdən çox məmnunuq” deyə ATP-nin baş icraçı direktoru Massimo Kalvellinin qeyd etdi.
Paskal Ruş, TME-nin Lexus və Dəyər Yaratma Zənciri üzrə vitse prezidenti birildirib ki, Lexus bütün işlərindən insanmərkəzli yanaşmadan istifadə edir. Bu, yalnız avtomobillərə deyil, həmçinin öz sinfində müştərilərə göstərdiyi ən qabaqcıl xidmətə də aiddir. Lexus-un məqsədi müştərilərinin üzünü güldürməkdir. Tennis yarışması ilə mükəmməl uyğunluğumuz da məhz fərdi performansın yaratdığı maksimal həyəcandadır. ATP Turla əməkdaşlıq etməkdən və üstün səviyyəli tennisə sevgimizi Avropada və Avropadan kənarda milyonlarla azarkeşlərlə paylaşmaqdan çox məmnunuq.
KİV üçün əlaqə: communications@atptour.com
ATP HAQQINDA
Peşəkar kişi tennisində dünya üzrə rəhbər orqan qismində çıxış edən ATP-nin missiyası tennisə xidmət etməkdir. Biz bütün dünyada milyardlarla azarkeşi əyləndiririk, dünyanın ən böyük oyunçularını ən prestijli turnirlərdə göstəririrk və növbəti nəsil azarkeş və oyunçuları ilhamlandırırıq. Avstraliyada keçirilən Birləşmiş Kubokdan Avropa, Amerika və Asiyayadək tennis ulduzları ATP Masters 1000, 500 və 250 turnirlərində “Pepperstone ATP” xalları uğrunda və “Böyük dəbilqə” uğrunda mübarizə aparırlar. Bütün yollar İtaliyanın Turin şəhərində keçirilən presitjli mövsüm sonu “Nitto ATP Finals” turnirinə aparır. Turnirdə tək və ikili komandalar şəklində dünyanın yalnız ən yaxşı 8 tennisçisi iştirak edir, yekunlarına görə “Pepperstone” tərəfindən tennis üzrə ən yüksək “ATP World No. 1” mükafatı təqdim edilir. Əlavə məlumat üçün www.ATPTour.com (Opens in new window) saytını ziyarət edin.
LEXUS HAQQINDA
1989-cu ildə yaradılmış Lexus şirkəti premium sinif avtomobillərinin tam cərgəsini təklif edən qlobal lüks avtomobil brendidir. Lexus-un avtomobil cərgəsinə LS və ES sedanları, LC və RC F kupeləri, LC kabrioleti, BX, UX, NX, RZ və RX krossoverləri, eləcə də GX və LX SUV-ləri daxildir. Lexus çox yaradıcı texnologiyaları, əsaslı işi, zərif incəliyi və “otomenashi” qonaqpərvərliyini qataraq dəbdəbəni “fərdiləşdirməyə” çalışır. Brendin elektrikləşdirilmiş avtomobillər sahəsindəki təcrübəsinə əsaslanaraq bütün dünyada Lexus Elektrified konsepsiyası ilə 2.5 milyondan çox özü şarj olan hibrid, plug-in hibrid və tam elektrikli avtomobil satılmışdır. Avtomobilin xüsusiyyətləri, idarəetməsi, kontrolu və sürücünün təcrübəsində elektrikləşmə texnologiyaları sayəsində Lexus çox böyük sıçrayış etmək niyyətindədir. 2022-ci ildə Lexus 50467-si Avropa üçün nəzərdə tutulmuş, ümumilikdə bütün dünyaya 625000 avtomobil təchiz edib ki, bunların da 80%-dən çoxu elektrikləşdirilmiş avtomobillər olub.