-
-
10 noyabr 2024-cü ildən etibarən "Lexus" İtaliyanın Turin şəhərində keçiriləcək "ATP-24" Finalında Rəsmi Avtomobil Tərəfdaşı olaraq maraq oyadır.
- Lexus 10-17 noyabr tarixlərində İtaliyanın Turin şəhərində keçirilən kişi tennisi üzrə əsas beynəlxalq yarış olan ATP Turunun yekun turnirinin rəsmi avtomobil tərəfdaşı və platin tərəfdaşıdır
- “Lexus Break Point” ekranındakı yeni rəqəmsal işartılar hər matçın həlledici anlarını vurğulayacaq
- Lexus-un sürücülər üçün nəzərdə tutulmuş yeni videooyunu azarkeşlər kəndində “Lexus Experience Amazing” stendinin ziyarətçilərinə meydan oxuyacaq
- Lexus-un ən son LBX və NX SUV modelləri yarışların keçirildiyi yerdə təqdim olunacaq, batareya ilə işləyən elektrikli LF-ZC konsept karı Turinin tarixi mərkəzində nümayiş etdiriləcək
- Lexus-un elektrikləşdirilmiş avtomobillər parkı turnirin oyunçuları, rəsmilər və VIP şəxsləri üçün rəsmi nəqliyyatı təmin edəcək
- Lexus-un səfiri və dünyada nömrə bir gənc kişi oyunçu Nikolay Kyer final oyunçuları ilə sparrinq üçün tərəfdaş seçilmişdir
Lexus İtaliyanın Turin şəhərində 10-17 noyabr tarixlərində keçirilən kişi tennisi üzrə əsas beynəlxalq yarış olan ATP Turunun yekun turnirində idman dünyasına qoşulur.
ATP Turunun rəsmi avtomobil tərəfdaşı və platin tərəfdaşı qismində ikinci mövsümünü başa çatdıran Lexus ziyarətçilərin həyəcanı və marağını daha da artırır və bu prestijli tədbirin təşkilinə kömək edir.
Yarışlarda tək və ya iki nəfərdən ibarət komandalar şəklində oynayan, "2024 ATP" turu mövsümündə ən yaxşı kvalifikasiya nəticələrini göstərmiş səkkiz ən yaxşı oyunçu iştirak edir. Yarışlar dairəvi sistemlə keçirilir, bu zaman yarımfinalda yer almaq, finalın və ümumi titulun bir addımlığına çıxmaq üçün hər bir oyunçu üç matç oynayır.
Turnirin keçirildiyi məkanda "Inalpi Arena"da yeni "Lexus Break Point"-in yerləşdirilməsi, həmçinin oyunçunun rəqibin servisinə hər dəfə breyk etmək şansı olduqda kortun ətrafındakı böyük rəqəmsal ekranlarda əks olunan fləş-loqotip Lexus-un turnirdə iştirakını bir daha vurğulayıb.
Lexus-un azarkeşlər kəndində yerləşdirilmiş stendi ziyarətçilərə yeni avtomobil video-oyununda meydan oxuyaraq əyləncəli anlar yaşadacaq. Oyunçular Lexus-un modelini (hibdid, plug-in hibrid və ya tam elektrikli) seçərək marşrut boyu xal toplamaq üçün tennis toplarını yığırlar. Lexus-un təqdim edilmiş modelləri arasında LBX kimi tam yeni hibdrid və NX kimi ən yeni hibrid və plug-in hibrid SUV-ləri var.
Tədbirin keçirildiyi məkandan kənara çıxaraq Lexus Turinin tarixi mərkəzində cəlbedici dizayna malik modeli LF-ZC konsept karını nümayiş etdirəcək. Bu model Lexus-un batareya ilə işləyən elektrikli sedanın gələcəyinə dair vizyonunu əks etdirir.
Yarışın keçirildiyi bütün müddət ərzində Lexus-un elektrikləşdirilmiş modellərini arenaya gedən yollarda görmək mümkün olacaq, Lexus tərəfindən təqdim edilən avtomobil parkı isə turnirin oyunçuları, rəsmiləri və VIP-qonaqları üçün rəsmi nəqliyyat olacaq.
Turnirin finalı Lexus-un səfiri və Beynəlxalq Tennis Federasiyasının hazırki nömrə bir gənc oyunçusu olan Nikolay Kyer üçün olduqca maraqlı fürsət yaradır. 18 yaşlı Norveç ulduzu turnirdə finalçıların məşq tərəfdaşı qismində iştirak üçün seçilmişdir. Bu, ona dünyanın ən yaxşı peşəkarları ilə birlikdə öz bacarıqlarını yoxlamaq və inkişaf etdirmək imkanı verir.