ƏLAQƏ YARADIN
TEXNOLOGİYANI KƏŞF ET

DAİMİ İNNOVASİYA

Lexus-da biz daima innovasiyalara və hədsiz təxəyyülə can atırıq. Zəngin audiohəllərdən başlayaraq öncü konsepsiyalaradək hər şey yeni cəsur ideyaları canlandırır, gələcək texnologiyamıza təkan verən ideyalarımızı kəşf edin.

MÜKƏMMƏL ATMOSFER

AVTOMOBİLİNİ FƏRDİLƏŞDİR

Ən incə xüsusiyyətlərimizin bir çoxu standart komplektasiyaya daxildir, lakin siz həmçinin ən yeni əyləncə, klimat-kontrol və təhlükəsizlik sistemlərindən birini seçə bilərsiniz. Siz daha fərdi sürmə üslubunu təcrübə edəcəksiniz.

MARK LEVINSON® AUDİO SİSTEMİ

SƏSİN MÜKƏMMƏLLİYİ

Premium sinfinə aid Mark Levinson® audiosistemləri üzrə mütəxəssislərlə əməkdaşlıq edərək sizin fərdi səs fonunuzu və avtomobil əyləncələrini yeni səviyyəyə çıxaran fərdi dinləmə həllərini işləyib hazırlamışıq.

İNQİLABİ DİZAYN

YENİLƏNMİŞ OTURACAQLAR

Oturacaqlara qatdığımız yeni toxunuş ilə Lexus-un inqilabi kinetik oturacaq konsepsiyasını dizayn etdik. Təhlükəsizliyi və dəstəyi artırmaq üçün innovativ radikal liflər hərəkətlərinizi sabitləşdirir və özünüzü evdəki kimi hiss etməyə imkan verir.

ZƏMANƏTLİ KEYFİYYƏT

DAHA AĞILLI ANALİZ

Mühərriklərimizi yoxlamaq üçün biz tibdə istifadə olunan ən son kompüter diaqnostikası üsullarından faydalanırıq. Kompüter dəstəkli texnologiyalar bizə 3D diaqnostikanı həyata keçirməyə və bütün qüsurları tam dəqiqliklə müəyyən etməyə imkan verir.

TƏCRÜBƏDƏ YENİ SƏVİYYƏ

VR TƏHLÜKƏSİZLİK SINAĞI


Sınaqlarımızı yeni səviyyəyə çıxararaq, sürmə şəraitini və sürücünün reaksiyalarını simulyasiya edən nəfəskəsici təcrübə yaratmaq üçün virtual reallıqdan istifadə edirik. Real dünyada mümkün olmayan sınaqları yaratmaqla biz bir sıra təhlükəsizlik xüsusiyyətlərini və texnologiyalarını təkmilləşdirmək və inkişaf etdirmək üçün rəyləri toplayır və öyrənirik.

“Ağıllı günbəz” altında Lexus LS şəhər yollarında və trasda real nəqliyyat hərəkətinin proyeksiya təsvirlərini əks etdirəm ekranlarla əhatə olunub. Silindrlər hərəkət edərək mühərrik səs-küyünün, vibrasiyanın və küləyin audioyazıları ilə müşayiət olunan döngələri, yoxuşları, sürətlənmələri və yavaşlamaları simulyasiya edir.