ƏLAQƏ YARADIN
Lexus 10

Lexus 10-nun qayda və şərtləri haqqın

Lexus avtomobiliniz üçün İstehsalçının təmin etdiyi Zəmanət sona çatdıqda, biz sizə Lexus 10 təminatı əldə etmək üçün eksklüziv imkan veririk. Bu, sizə Lexus avtomobilinin sahibi kimi əlavə rahatlıq və sizin avtomobilin sükanı arxasına keçdiyiniz andan istənilən avtomobil istehsalçısının təklif etdiyi ən hərtərəfli zəmanətlərdən birindən faydalanmaq imkanı verir.

Siz Lexus 10 təminatı ilə avtomobilinizin hətta ilkin zəmanət müddəti bitdikdən sonra belə Lexus tərəfindən qorunacağından əmin ola bilərsiniz. Lexus 10 təminatı sizə ürək rahatlığı və qayğısız səyahət edə biləcəyiniz onlarla kilometr verir.

Lexus 10 təminatı eksklüziv olaraq Toyota Caucasus MMC-nin məsuliyyəti altında olan rəsmi diler mərkəzləri tərəfindən satılan avtomobillər üçün təmin edilir.

Lexus 10 təminatı avtomatik olaraq Lexus rəsmi dilerlərində tam dövri texniki xidmət keçdikdə aktivləşir və növbəti dövri texniki xidmətə (12 ay və ya 10.000 km, hər hansı tez baş verərsə) qədər aktivdir. Lexus 10 təminatı nəqliyyat vasitəsinin 10 yaşına və ya 160.000 km yürüşünə qədər uzadıla bilər. Lexus 10 yalnız ilkin olaraq istehsalçı tərəfindən avtomobildə quraşdırılmış hissələri və ya rəsmi dilerlər tərəfindən quraşdırılmış orijinal hissələri əhatə edir.

Lexus 10 təminatı əhatə edir:

Mühərrik

Mühərrik silindr bloku; balans valı; paylaşdırıcı val; klapan itələyicisi; klapanın mancanaqları;klapanlar və yönləndiricilər; dirsəkli val və yastıqlar; dirsəkli valın qasnağı; silindr başları; silindrli başlarının kipkəcləri; sürgü qolları, avadanlığın ötürücü valı; elastik disk/ötürücü disk; nazim çarx; işəsalan halqanın çarxı; boş blok; yağ altlığı; yağ gərginlik açarı; yağ nasosu; piston və piston halqaları, piston yastıqları və oymaqları; kipləşdirici və kipkəclər; qazpaylama mexanizminin qayışı; qazpaylama mexanizminin qayışının dartı qurğusu; qazpaylama mexanizminin qayışı aralıq dişli çarxı; paylayıcı mexanizmin intiqalının zəncir ötürməsi; paylayıcı mexanizmin qapağı; turboqovucu; turboqovucu aralıq soyuducusu(intercooler); turbo çıxış klapanı; mancanaq başlıqları və kipləşdiriciləri; su nasosu; işlənmiş qazın resirkulyasiya klapanı; yağ soyuducu; yağ filtri korpusu; detonasiya sensoru; oksigen sensoru; kabellər (elektrik naqillərdın fərqli)

Benzin Yanacaq sistemi

Yanacaq nasosu; elektrik yanacaq nasosu; hava sərfiyyatı ölçən, elektron yanacaq püskürtmə sistemi; Elektron Nəzarət Qurğusu (ECU); drossel korpusu; yanacaq püskürdücülər (injektorlar); yanacaq təzyiqinin tənzimləyicisi; çənin sensoru; yanacaq sensorları; yanacaq çəni; yanacaq səviyyəsinin göstəricisi;

Dizel Yanacaq sistemi

Dizel yanacaq püskürtmə nasosu; yanacaq nasosu; hava sərfiyyatı ölçən; Elektron Nəzarət Qurğusu (ECU); drossel mövqeyinin sensoru; yanacaq püskürdücülər; soyuq işəsalma üçün alovlandırıcı şamlar; çənin sensoru; yanacaq çəni;

Soyutma sistemi:

Soyuducu səviyyə sensoru; Soyuducu ventilyatorun relesi; soyuducu ventilyatorun sensoru; mühərrik soyuducusunun temperatur açarı və sensoru; mühərrik ventilyatoru; özlülü ventilyator muftası, radiator; radiator başlığı; termostat və korpus;

Mexaniki sürət qutusu:

Muftanın əsas silindri, muftanın buraxılış silindri; muftanın dayaq çəngəli və köməkçi klapanı; mufta kabelləri; mufta naqilləri; ötürmələr qutusunun gövdəsi; çarxlar və vallar; ötürücülər qutusunun sinxronizatoru; qovşaqlar; yastıqlar və içliklər; kipləşdiricilər və kipkəclər; sürət dəyişdiricinin lingi və kabelləri; dəyişdirmə lingi;

Avtomatik sürət qutusu:

Ötürmələr qutusunun gövdəsi; çarxlar və vallar; selektorlar; elektron ötürücülər(aktuator); lentli tormoz; muftalar; klapan bloku; yağ nasosu; yağ soyuducusu; elektron nəzarət qurğusu; qovşaqlar; yastıqlar və içliklər; kipləşdiricilər və kipkəclər; sürət dəyişdiricinin lingi və kabelləri; hidrotransformator; dəyişdirmə lingi;

Paylayıcı qutu və diferensial

Mərkəzi diferensial; diferensialın korpusu; diferensialın tacboyu çarxı və aparıcısı; vallar; dişli çarxlar; yastıqlar; içliklər; diferensial qovşaqları; dəyişdirmə lingləri;

Kardan ötürməsi

Ötürücünün daimi şarnir birləşmələri; universal birləşmələr; rezin çexollar; yarımoxlar; ötürücü valları; yastıqlar; içliklər; muftalar; kipləşdirici və kipkəclər;

Asqı

Ön və arxa yaylar; torsion; birləşdirici dartıcı; dönmə yumruğu; eninə tirlər; dayaq çərçivəsi; şinin podşipnikləri; qovşaqlar; nizamlayıcı şayba; qayka açarları;

Sükan

Hidrogücləndiricili sükan mexanizmi; sükan mexanizmi; reduktor karteri; reyka və dişli çarx; hidrogücləndiricili sükanın nasosu; hidrogücləndiricili sükan mexanizminin rezervuarı; kipləşdiricilər; yastıqlar; xarici bağlar; sükan dartısı; sükan sütunu; birləşmələr; rəqqasi ling;

Tormozlar

ABS nəzarət qurğusu; ABS komponentləri; sürət sensorları; tormoz gücləndiricisi; tormoz boruları; tormoz diskinin supportları; tormoz (əyləc) diskləri; tormoz (əyləc) barabanları; bağlar; məhdudlaşdırıcı klapanlar; tormozun əsas silindri; tormoz mayesinin rezervuarı; təkər silindrləri; vakuum nasosu;

Kondisioner / İstilik

Qızdırıcının radiatoru; qızdırıcı ventilləri və motorları; qızdırıcı ventilyatorunun motoru; kondisionerin kompressoru; kondensator; buxarlandırıcı; təmizləyici/quruducu sistem; qızdırıcının idarəedilməsi; qızdırıcı klapanı; buxarlandırıcının temperatur sensoru;

Elektrik

Starter mühərriki; generator; spiral; şüşətəmizləyicinin motorları; yuyucu nasosunun motorları; dönmə siqnalının relesi; qızdırıcı ventilyatorun motoru; siqnal; əllə idarəedilən açarlar; təhlükəsizlik yastığının spiral kabeli, elektrik alışma qurğusu; relelər; isitmə barmaqlığının elementləri; bort kompüteri (səfər kompüteri); pəncərə motorları/tənzimləyiciləri; güzgülərin elektrik intiqalının idarəetmə düyməsi; güzgü motorları; açarlarda uzaqdan idarəetmə elementləri; solenoidlərin mərkəzi qıfılı; təhlükəsizlik yastığının sensorları; mərkəzi qıfılın idarəedilməsi qurğusu; daxili işıqlandırmanın saxlanması bloku; ölçmə alətləri; saatlar; spidometr və sürət sensoru; taxometr; naqillərin izolyasiya borucuqları (qısa qapanmadan qorunma üçün); elektrik oturacaqlarının motorları; alışqanlar; sensorlar; oturacaqların qızdırıcı elementləri; siqnallar (yalnız orijinal Lexus avadanlığı); ön işıqların qaldırılması motorları; alışdırıcı şam naqilləri; ECU və proqramların yenidən proqramlaşdırılması (yalnız DTC-nin silinməsi istisna olmaqla);

Korpus

Şüşə lyuk (yalnız orijinal Lexus avadanlığı); şüşə lyukun motorları (yalnız orijinal Lexus avadanlığı); qapı kilidləri; kapot açılması kabeli; arxa qapının dayağı; şüşətəmizləyicinin şpindelləri; mexaniki tənzimləməyə malik oturacaqlar; oturacaq kəmərinin mexanizmi; Fabrikdə quraşdırılmış aksesuarlar;

Hibrid Komponentlər

Hibrid batareyalar; Hibrid Batareyalara nəzarət modulu, Hibrid nəzarət modulu; və konverterli hibrid inverter.

Lexus 10 təminatı əhatə etmir:

  • Texniki xidmət göstərilən hissələr - üzlük, qəlib və kabellər, mufta diskləri, mufta örtükləri və mufta yastıqları, təkərlər, çənbərlər, kəmərlər (V və ya Multi-V), 12V akkumulyatorlar, diaqnostika və istənilən düzəlişlər.
  • Rezin hissələr – rezin şlanqlar, xətlər və borular, mühərrik yaxud kabinə yığmaları, moldinqlər, stabilizator şin, amortizatorlar, pnevmatik silindrlər, yaylar.
  • Kuzov və boya - işıqlar, linzalar, panellər, xrom, parlaq metallar, antenalar, dəstək və parçalar, xarici örtüklər, hava kipləşdiricilər.
  • Daxili hissələr: örtüklər, oturacaq örtükləri, elastik araqatlar, xalçalar, ventilyasiya jalüzləri, külqabıları, alışqanlar, ötürücünün dəyişdirilməsi lingi, alət panelinin üstlüyü və tıxacları, sükan çarxı və s.
  • Bəzi hissələr və komponentlər - multimedia sistemləri, daxili tavan qaplaması, oynaqlar, qayka və boltlar, şlanq xamıtları, bərkidici və kipləşdiricilər, ötürücü qayışının dartıcısı, ön və arxa stabilizator dayaqları, qızdırıcı qurğu.
  • Zəmanətə daxil deyil - avtomobilin korpusundan kənarda olan bütün hissələr (yuxarıda qrafikdə sadalanmış hissələr istisna olmaqla), küyün aradan qaldırılması üçün əməliyyatlar, Xüsusi Servis Kampaniyaları və ya digər zəmanət təminatı ilə əhatə olunan hissələr.
  • Düzgün olmayan texniki xidmət nəticəsində yaranan hər hansı nasazlıq.

Lexus 10 təminatı aşağıdakı xərcləri əhatə etmir:

İstənilən dolayı xərclər, misal üçün, avtomobil sahibinin mənfəət və ya gəliri itirməsi; avtomobilin daşınması; yedəklənmə; telefon; yaşayış; icarə; hər hansı aktivlərin və ya dəyərli əşyaların itirilməsi.

Əgər Lexus 10 təminatı zəmanət əhatəsi olmadıqda aktivləşərsə, bu halda, ən son tam dövri texniki xidmətdən sonra 1 ay və 1000 km ərzində yaranacaq zəmanət iddiaları təmin edilməyəcəkdir. Lexus 10 təminatı onun aktivləşdirilməsindən əvvəl mövcud olan hər hansı bir nasazlığıda əhatə etməyəcəkdir.