ƏLAQƏ YARADIN
USTALIĞI KƏŞF ET

FİRMA İMZAMIZA ÇEVRİLMİŞ DİZAYN

Emosiyaları oyatmaq və sərhədləri aşmaq üçün yaradılmış Lexus əfsanəvi dizayna malikdir. “L-finesse” fəlsəfəmizdən firma imzasına çevrilmiş “L” formalı işıqlara və miləoxşar radiator barmaqlığınadək hər bir detalda bizim özünəməxsus üslubumuzu yaradan gözəllik və intuisiyanı kəşf edin.

FİRMA İMZAMIZA ÇEVRİLMİŞ 

ÜSLUBUMUZUN ARXASINDA


Dizayna qarşı yanaşmamız “L-finesse” dizayn dilimizlə müəyyən edilir. Üç əsas prinsipdən ibarət olan dizayn dilimiz qabaqcıl dizaynı, texnologiyanı, fərdi dəbdəbəyə əsaslanan incəliyi birləşdirir.

01

QÜSURSUZ SEZGİ

Yapon qonaqpərvərlik ruhunu təmsil edən Omotenaşi konsepsiyası bizi fərqləndirən cəhətdir. Bunun sayəsində biz sürücülərin ehtiyaclarını və istəklərini öncədən görürük və daha çoxunu təklif edirik ki, siz heyrətamiz bir təcrübə yaşayasınız.
02

DƏRİN SADƏLİK

Həqiqilik və əsl sürücülük həzzi Lexus-un əsasını təşkil edir, bu isə mürəkkəbliklərin bir kənara atıldığını göstərir. Yaratdığımız hər şey sizin üçün intuitiv və xalis təcrübə yaratmaq üçün aydın olmalıdır.
03

MARAQ DOĞURAN ZƏRİFLİK

Avtomobillərimiz sizin qəlbinizi fəth etməyə qadirdir. Avtomobilə baxdıqca zərif kuzov, maraq doğuran detallar və cəsur vizual obrazlar sizi daha çox cəlb edir. Dizaynerlərimiz buna “vizual səyahət” deməyi xoşlayırlar.

ƏFSANƏVİ DİZAYN XÜSUSİYYƏTLƏRİ

XARİCİ MÜKƏMMƏLLİK

İLK BAXIŞDAN TANINAN

Əfsanəvi miləoxşar radiator barmaqlıqlı  bu model cərgəmizdə bir qədər fərqli xüsusiyyətlərə malikdir və LBX flaqmanımızda bir addım öndədir. Dizaynın bu fərqləndirici xüsusiyyətinin “dekonstruksiyası” sayəsində LBX-in ön hissəsi yeni görünüş alsa da, Lexus olduğunu görmək olur. Profildən baxdıqda, bütün avtomobillərin axıcı forması düşünülmuş aerodinamikanı və avtomobilin adının “L” hərfini xatırladan büküşlərini nümayiş etdirir. Firma imzamıza çevrilmiş “L” formalı işıqlar texnoloji nailiyyətlərdən istifadə etməklə yaradılıb. 
İNCƏ DETAL

BAŞDAN- AYAĞA GÖZƏLLİK

Lexus-a oturduqda salonun möhtəşəm üzlüyünü gözdən qaçırmayın. Əl işi tikişlər və xətlər cihaz panelindəki sensorlar və cihazların təchiz olunduğu qabaqcıl texnologiyalarla çox gözəl kontrast təşkil edir. İlk baxışda sadə görünüşünə aldanmayın, sərf olunmuş əmək layiqincə dəyərləndirilməlidir. 
ƏN YÜKSƏK STANDARTLAR

ƏN KİÇİK DETALA DİQQƏT

Biz qısa yollara əl atmırıq, yalnız üstün işə gedən yol ilə irəliləyirik. Detallara müstəsna diqqət ayıran test-drayv ekspertlərimiz və “Takumi” ustalarımız üstün nəticələrə nail olmaq üçün ən yüksək standartlara uyğunluq testindən keçirlər.

ŞÜBHƏSİZ ÜSTÜNLÜK

DAHA CƏSUR SEÇİMLƏR

Təəccübləndirən təəssüratlar adət etdiyimiz və ya oxşar anlardan deyil, başqalarından fərqlənmək, cəsur və əmin seçim etmək istəyindən yaranır. Bizim dizayn istiqamətimizin kökü məhz buradan gəlir - çünki cəsur dizayn unudulmaz təəssüratlar yaradır.

“QƏRARLI BAXIŞ” YARATMAQ 

Cəsur dizayn istiqamətimizlə bərabər biz LBX-in yaradılması zamanı Lexus-un məşhur “qərarlı baxış” irsini uyğunlaşdırmışıq və inkişaf etdirmişik. Gündəlik avtomobil səfərlərinə təravətli və müasir görünüş qatan vahid miləoxşar radiator barmaqlığı, alçaq kapot və ifadəli işıqlar kimi xüsusiyyətlər önə çıxır. Bütün bunlarla yanaşı avtomobil Lexus-un bütün dizayn həlləri dəstinə malik bir flaqman modeli olduğuna görə, ona baxdıqda Lexus olduğu dərhal bəlli olur. Kompakt yolsuzluq avtomobili olsa da LBX həmişəki kimi son dərəcə güclü və zərifdir.