ƏN YAXŞI UX modeli
Yenilənmiş UX yeni texnoloji imkanlar, təkmilləşdirilmiş idarəetmə və daha geniş seçim təklif edir.
ƏN YAXŞI UX modeli
Yenilənmiş UX yeni texnoloji imkanlar, təkmilləşdirilmiş idarəetmə və daha geniş seçim təklif edir.
BEŞ MİLYON DƏBDƏBƏLİ SUV
Lexus-un dəbdəbəli SUV avtomobilləri dünyanın təxminən 90 ölkəsində satılır. 2020-ci ildə şirkətin UX, NX, RX, GX və LX modelləri üzrə satışları 5 milyondan çox təşkil etmişdir.
UX SƏNƏTİ
Lexus dünyanın ilk tatulu avtomobilini təqdim edir.
Komplektasiyanı seçin:
LEXUS-a MƏXSUS SÜRMƏ TEXNOLOGİYASI
Ənənəvi kompakt SUV avtomobilləri ilə müqayisədə daha qənaətli və ekoloji təmiz olan bu yeni Özü şarj olan hibrid müstəsna dərəcədə hamar və səssiz gedişi ilə heyran edir. Möhtəşəm kupe LC-nin imkanlarını üzə çıxaran “Takumi” ustalığının köməyilə aylar boyu davam edən sınaqlar sayəsində ərsəyə gəlmiş özünəməxsus sürmə texnologiyası da UX 300h modelində öz əksini tapıb. Nəticədə isə, kompakt SUV-dan gözlənilməyən güc və enerjiyə malik avtomobil təqdim olunub.
LEXUS-un 5-Cİ NƏSİL ÖZ-ÖZÜNÜ ŞARJ EDƏN HİBRİD SİSTEMİ
UX 300h modelinin yeni Özü şarj olan hibrid texnologiyası son dərəcə qənaətli 2.0-litrlik benzin mühərrikini yüksək məhsuldarlığa malik elektrik mühərrik(lər)ni özündə birləşdirərək sistemin gücünü 199 DIN at gücünədək artırır. Yeni litium-ion batareyası sayəsində avtomobil üstün yanacaq qənaəti və elektrik avtomobil rejimi ilə avtomobilin sürətlənməsi daha çevik və hamar olmaqla yanaşı, gediş ehtiyatında da heç bir problem yaratmır. İşədüşmə zamanı və aşağı sürətlərdə UX 300h modelini güclü ön elektrik mühərrik (və tam intiqallıq modellərdə arxa elektrikli mühərrik) hərəkətə gətirir. Bu məqamda siz tam elektrikli intiqaldan faydalana bilərsiniz.
TƏKMİLLƏŞDİRİLMİŞ HİBRİD TRANSMİSSİYASI
Bu yeni hibrid transmissiyası benzin mühərrikini elektrik mühərrik/generator ilə birləşdirir və daxili sürtünmə səviyyəsi əvvəlki Lexus sistemləri ilə müqayisədə 25% daha azdır və üstün yanacaq qənaətini, səssizliyi və gediş xüsusiyyətlərini təmin edir. “Sequential Shiftmatic” mexaniki transmissiyaya oxşar sürətkeçirmə hissini yaradan altımərhələli həssas tormozlama qüvvəsi yaradır. Transmissiya korpusunun çəkisi 20% azaldılmışdır.
LEXUS SAFETY SYSTEM + TƏHLÜKƏSİZLİK SİSTEMİ / “NCAP” REYTİNQİNDƏ 5 ULDUZ
UX 300h-in ən son nəsil Lexus Safety System + təhlükəsizlik sistemində təqdim olunmuş təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücüyə dəstək sistemlərindən istifadə olunur.
UX modeli NCAP reytinqintə 5 ulduz almışdır və standart komplektasiyası 8 təhlükəsizlik yastığı ilə təchiz edilib. Hətta getdiyiniz yerə çatdığınızda yol hərəkətinin digər iştirakçıları diqqətdən kənar qalmır: Təhlükəsiz Çıxış Funksiyası (Safe Exit Assist) arxadan yaxınlaşan avtomobilləri və ya velosipedləri müəyyən edərək risk hallarında sərnişinləri (ön və arxa) qapını açmamalarına dair xəbərdar edir.
TOQQUŞMANI ÖNLƏMƏ SİSTEMİ / QƏZA HALLARI ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ SÜKAN İDARƏETMƏSİ SİSTEMİ
EuroNCAP-da “yol hərəkətinin həssas iştirakçılarının qorunması” göstəricisi üzrə əldə olunmuş üstün nəticələrə böyük rəğbət qazanmış Lexus Safety System + təhlükəsizlik sistemi (hər bir UX modelinin standart komplektasiyasına daxildir) sayəsində nail olunub.
Təkmilləşdirilmiş Ön Toqquşma Xəbərdarlığı sistemi sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir. Toqquşma təhlükəsi olduqda piyadanı vurmamaq üçün “Emergency Steering Assist” sistemi sizə sükanı idarə etməyə kömək edərək UX 300h-ın sabitliyinin artırılmasını və hərəkət zolağından təsadüfi kənaraçıxmanın qarşısınıb alınmasını dəstəkləyir.
DİNAMİK RADARLI KRUİZ-KONTROL / YOL NİŞANLARINI TANIMA SİSTEMİ
Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, UX 300h də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Tracing Assist” (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir.
GÖZƏLLİYİN FUNKSİONALLIQLA BİRLƏŞMƏSİ
Lexus-un dizaynerləri dinamik xarici görünüşü ilə diqqətləri üzərinə çəkən dəbdəbəli kompakt SUV yaratmaq uğrunda əllərindən gələni ediblər. Göstərdikləri səylər müasir aerodinamik forması avtomobilin idarə edilməsini və gediş xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran unikal arxa kombinə LED işıqları kimi kiçik detallarda da əks olunub. Bu, UX 300h-in təməlini təşkil edən gözəllik və funksionallığın birləşməsidir. İndi heyranedici “Sonic Copper” rəngi ilə UX modeli daha da cəlbedicidir. 18-düymlük yüngül lehimli disklər və təkərüstü oyuqların kuza rəngində olan moldinqləri avtomobilin dinamik və qamətli görünüşünü daha da vurğulayır.
F SPORT / F SPORT Dizayn
Yeni rəng variantları ilə UX həmişəkindən daha da cəlbedicidir. UX model cərgəsinə yenilik qatmış və F SPORT və F SPORT Dizayn modellərinin opsiyası olaraq qara dam, dayaqlar və dam reylinqləri olan “Sonic Copper”, “Sonic Titanium” və “Sapphire Blue” rəngləri arasında seçim edə bilərsiniz.
ELEKTRİK İDARƏETMƏLİ YÜK YERİ QAPISI / YENİ AĞILLI RƏQƏMSAL AÇAR
Rahat yükləmə və boşaltma üçün UX 300h-də yük yerinin qapısı elektrik idarəetməlidir. Yük yerinin qapısını açmaq və bağlamaq üçün arxa bamperin altında yerləşən sensorun altından ayağınızı keçirməyiniz kifayətdir, əsas odur ki, smart açarınız olsun.
S-FLOW KLİMAT KONTROLU / KLİMAT-KONSYERJ
S-Flow klimat kontrolu ətraf mühitin şəraitlərindən asılı olaraq üstün rahatlığı və yanacağa qənaəti təmin edərək UX-in salonunda ideal atmosferi yaradır. Bu sistem, həmçinin sərnişinlərin hansı oturacaqlarda oturduğunu müəyyən edir və müvafiq zonalarda lazımi temperaturu dəstəkləyir. Bundan əlavə, klimat-konsyerj funksiyası ən kiçik nanoe™ X hissəciklərini buraxaraq bütün virus və bakteriyalarla mübarizə etməyə kömək edir və eyni zamanda, saç və dərini nəmləndirərək xoşagəlməz qoxuları aradan qaldırırır.
13 DİNAMİKLİ MARK LEVINSON® AUDİOSİSTEMİ
UX 300h-in 13 dinamikli Mark Levinson® Premium Surround Sound səs sistemi 915 Vt gücü və dünya standartlarına cavab verən səsi təmin edir. Sistemdəki hər bir elektrik komponent üçün 0,1% və ha daha kiçik ümumi harmonik təhrif olunma dərəcəsini (THD, siqnalın təhrif olunma dərəcəsi) təmin edən ideal konstruksiya nəzərdə tutulub. Sistemə həmçinin “D” sinfinə aid 150 Vt/ 4 Om gücündə 12-kanallı (8 kanaldan istifadə olunur) gücləndirici daxildir. Bu qurğu təmiz və güclü səsi yaradan böyük dinamiklərin işini dəqiqliklə idarə etməyə imkan verir.
UX dəbdəbəsini, zərafətini və standart görünüşünü kəşf edin.
POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az?model=ue%2Cnx%2Crx%2Crxl